Suriyada “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri Əbu əl-Xayr əl Məsri məhv edilib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onun İdlib şəhəri yaxınlığında pilotsuz uçuş aparatın zərbəsi nəticəsində öldürüldüyü bildirilir.

Məlumata əsasən, 59 yaşlı terrorçu “Əl-Qaidə” terror təşkilatının lideri Ayman Az-Zavaxirinin müavini, Üsamə ben Ladenin kürəkəni olub. Onun Suriyada “Cəbhət ən Nusra" terror qruplaşmasına dəstək verdiyi, 1998-ci ildə Keniyada və Tanzaniyada ABŞ-ın diplomatik nümayəndəliklərinə qarşı terror aktlarının təşkilatçısı olduğu qeyd olunur.