NASA-nın Kosmosdan əldə etdiyi görününtülər ABŞ-ın Kaliforniya ştatında qarşıdakı illərdə fəlakət yaşana biləcəyini deməyə əsas verib.
Metbuat.az bildirir ki, Kaliforniyanın şimalındakı San-Xoakin Vadisində yeraltı sulardan ifrat istifadə bölgədə ciddi fəsadlara səbəb olacaq. Minlərlə yeraltı quyudan istifadə olunması körpü, yol kimi strukturların ziyan görməsinə gətirib çıxaracaq. Artıq San-Xoakin vadisinin çökməsi ilə bağlı aidiyyatı qurumlar ehtiyat tədbirləri görməyə başlayıblar.
Orxan / Metbuat.az