Finlandiyada eynicinslilərin nikahını rəsmləşdirən "Bərabər hüquqlara əsaslanan evlilik" qanunu qüvvəyə minib.
Metbuat.az bildirir ki, yeni qanunda evlilik kişi və qadın birliyi olaraq deyil, iki nəfərin birliyi olaraq ifadə edilib.
Xatırladaq ki, qanun 2014-cü ildə Finlandiya parlamentində 11 səs çoxluğu ilə qəbul edilmişdi. 2002-ci ildə isə ölkədə homoseksual çütlüklərə "mədəni birlik" qurmaq icazəsi verilmişdi.
Orxan / Metbuat.az