Suriya ordusu Palmira şəhərinə daxil olub.
Metbuat.az-ın məlumatına görə, ordu şəhərin qərbindəki bir kəndi, o cümlədən tarixi Palmira qalasını İŞİD terrorçularından azad edib. Hərbçilər sürətlə şəhərin mərkəzinə doğru irəliləyir.
Qeyd edək ki, 2015-ci ildə Palmiranı ələ keçirən İŞİD bir il sonra şəhəri tərk etmək məcburiyyətində qalmışdı. Ötən dekabr ayında qruplaşmanın müqavimətlə üzləşmədən şəhəri ordudan azad etməsi diqqət çəkmişdi.
Sübhan / Metbuat.az