Bundan sonra dünyanın ən çox istifadəçisinə sahib "Facebook"dan rahatlıqla pul qazanmaq olacaq.

Metbuat.az xəbər verir ki, "Facebook" rəsmi şəkildə canlı yayımlarda reklam yerləşdirməyin mümkün olacağını bildirib. Bununla bağlı şərtlər də açıqlanıb. Canlı yayımlarına reklam yerləşdirmək istəyənlərin ən azı 2000 izləyicisi və canlı yayımda 300 baxışı olmalıdır. Bütün bu şərtlərə əməl edildikdə "Facebook" 20 saniyəlik reklam yerləşdirmək hüququnu istifadəçilərinə təqdim edir.

Rəvan Nasiroğlu