Martın 1-də Qroznıda Çeçenistan prezidentinin qızı Ayşat Kadirovun “Firdaws” moda evinin nümayişi keçirilib.
Publika.az xəbər verir ki, Rusiyanın bir çox məşhur simaları Paris moda həftəsinə deyil, Çeçenistana gəlməyə üstünlük verib. Kadırovun qızının dəfiləsinə “Tatler” jurnalının redaktou Kseniya Solovyova, “Harper's Bazaar” jurnalının redaktoru Darya Veledyeva, italiyalı modelyer Stefano Riççi, “Chopard” firmasının vitse-prezidenti Karolina Qrouzi-Şoyfele, rusiyalı ulduzlar Olqa Buzova, Yekaterina Quseva, Svetlana Bondarçuk, Alyona Şişkova, reper Timati, aktrisa Anna Xilkeviç və başqaları iştirak edib.
Prizident qızının hazırladığı kolleksiya əsasən qapalı geyimlərdən ibarətdir.
Aytən


























