Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki gün ərzində baş tutacaq turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Sumqayıtda yerli komanda "Qarabağ"ı qəbul edəcək. Ötən tur "İnter"ə məğlubiyyətdən sonra liderdən 1 xal geri düşən ağdamlılar dördüncülük mübarizəsi verən "kimyaçılar" qarşısında qələbə əzmi ilə oynayacaq. Qurban Qurbanovun komandası xal itirəcəyi təqdirdə çempionluq yolunda öz işini çətinə salmış olacaq. Mövsümün ilk iki oyununda rahat qələbə qazanmış "Qarabağ" bu dəfə də ənənəsinə sadiq qalmaq istəyir. "Sumqayıt" isə doğma meydan amilindın istifadə edərək son üç ilin çempionunu büdrətmək niyyətindədir. Bunun üçün bütün gücü ilə mübarizə aparacaq Samir Abasovun yetirmələri turun sürprizinə imza atmağa iddialıdırlar.
Lider "Qəbələ" isə "İnter"in qonağı olacaq. Ötən tur "Qarabağ"ı zirvədən endirən keçmiş "bankirlər" Roman Qriqorçuk və komandası üçün də başağrısı ola bilər. Paytaxt klubu həm 3-cü yerdəki mövqeyini möhkəmlətmək, həm də özündən əvvəlki komandalar ilə aradakı xal fərqini "əritmək" üçün bu şansı əldən verməməlidir. Mövsümün ilk iki oyununda əldə edilmiş heç-heçələr matçın gərgin keçəcəyindən xəbər verir.
Əyalət klubunun hədəfi isə zirvədəki yerini qorumaq və "Qarabağ"ın səfərdəki mümkün xal itkisindən sonra fərqi artırmaqdır. Ötən turdakı Gəncə itkisindən sonra növbəti büdrəmə "qırmızı-qaralar"ın işini çətinə sala bilər. Bunun baş verməməsi üçün paytaxtdan 3 xalla dönmək şərtdir.
Azərbaycan Premyer Liqası
XXI tur
4 mart (şənbə)
16:00. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. Şəhər stadionu
20:00. "İnter" - "Qəbələ"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"İnter Arena"
Turnir cədvəli
|
1. |
Qəbələ |
20 |
12 |
7 |
1 |
39-11 |
43 |
|
2. |
Qarabağ |
20 |
13 |
3 |
4 |
32-11 |
42 |
|
3. |
İnter |
20 |
9 |
9 |
2 |
31-19 |
36 |
|
4. |
Zirə |
20 |
7 |
5 |
8 |
18-21 |
26 |
|
5. |
Sumqayıt |
20 |
6 |
7 |
7 |
20-24 |
25 |
|
6. |
Neftçi |
20 |
6 |
2 |
12 |
15-33 |
20 |
|
7. |
Kəpəz |
20 |
3 |
8 |
9 |
13-23 |
17 |
|
8. |
AZAL |
20 |
1 |
5 |
14 |
8-34 |
8 |
Bombardir: Filip Ozobiç ("Qəbələ") - 11.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində