Bu gün Premyer Liqada XXI tura start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Sumqayıtda yerli komanda “Qarabağ”ı qəbul edəcək. Ötən tur “İnter”ə məğlubiyyətdən sonra liderdən 1 xal geri düşən ağdamlılar dördüncülük mübarizəsi verən “kimyaçılar” qarşısında qələbə əzmi ilə oynayacaq. Qurban Qurbanovun komandası xal itirəcəyi təqdirdə çempionluq yolunda öz işini çətinə salmış olacaq. Mövsümün ilk iki oyununda rahat qələbə qazanmış “Qarabağ” bu dəfə də ənənəsinə sadiq qalmaq istəyir. “Sumqayıt” isə doğma meydan amilindın istifadə edərək son üç ilin çempionunu büdrətmək niyyətindədi. Bunun üçün bütün gücü ilə mübarizə aparacaq Samir Abasovun yetirmələri turun sürprizinə imza atmağa iddialıdır.
Lider “Qəbələ” isə “İnter”in qonağı olacaq. Ötən tur “Qarabağ”ı zirvədən endirən keçmiş “bankirlər” Roman Qriqorçuk və komandası üçün də başağrısı ola bilər. Paytaxt klubu həm 3-cü yerdəki mövqeyini möhkəmlətmək, həm də özündən əvvəlki komandalar ilə aradakı xal fərqini “əritmək” üçün bu şansı əldən verməməlidir. Mövsümün ilk iki oyununda əldə edilmiş heç-heçələr matçın gərgin keçəcəyindən xəbər verir.
Əyalət klubunun hədəfi isə zirvədəki yerini qorumaq və “Qarabağ”ın səfərdəki mümkün xal itkisindən sonra fərqi artırmaqdır. Ötən turdakı Gəncə itkisindən sonra növbəti büdrəmə “qırmızı-qaralar”ın işini çətinə sala bilər. Bunun baş verməməsi üçün paytaxtdan 3 xalla dönmək şərtdir.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XXI tur
4 mart
16.00 Sumqayıt - Qarabağ
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Sumqayıt şəhər stadionu.
20.00 İnter - Qəbələ
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
"İnter Arena".
1. Qəbələ 20 12 7 1 39:11 43
2. Qarabağ 20 13 3 4 32:11 42
3. İnter 20 9 9 2 31:19 36
4. Zirə 20 7 5 8 18:21 26
5. Sumqayıt 20 6 7 7 20:24 25
6. Neftçi 20 6 2 12 15:33 20
7. Kəpəz 20 3 8 9 13:23 17
8. AZAL 20 1 5 14 8:34 8
Bombardirlər: Filip Ozobiç (Qəbələ) - 11. Baqali Dabo (Qəbələ), Rauf Əliyev (İnter)- 7.
Fanat.Az