"Survivor 2017" yarışı başlayan gündən haqqında ən çox danışılan iştirakçıya çevrilən xarizmatik Eser Vest yarışı tərk etdiyi gündən sosial şəbəkədəki fəallığı ilə seçilir.
Milli.Az xəbər verir ki, sözügedən yarışı aclığa dözə bilmədiyi üçün tərk edən Eser İnstagram hesabından Cansel Corduk adlı həyat yoldaşı ilə səmimi fotosunu paylaşaraq bu şərhi qeyd edib:
"Qarnım tox olsun, başımın üstündə dam olsun. O dam altında mənlə sən olaq, Rəbbimdən sağlamlıqdan başqa bir şey diləmərəm..."
"Survivor"da taxta üzərində yatmağın narahatçılığından hələ də xilas olmadığı hiss olunan Eser Vest Cansel Cordukla birgə yataq fotosu da paylaşımları arasında yer alıb.
Qeyd edək ki, Eserin Türkiyə vətəndaşlığı ilə yanaşı, Amerika vətəndaşlığı da var və həyatının yarısından çoxunu Nyu-Yorkda keçirib.
Məhəmməd Vaqif
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

