Şimali Koreyanın ballistik raket sınaqlarını həyata keçirməsi bütün dünyada həyəcanla qarşılanıb.
Metbuat.az bildirir ki, sınaqlarda 4 raket atılıb. Yaponiyanın baş naziri Şinzo Abe 1000 kilometr irəliləyən raketlərdən birinin Yaponiya ərazisindəki xüsusi iqtisadi zonaya düşdüyünü söyləyib.
Cənubi Koreya ordusu isə raketlərin Şimali Koreya-Çin sərhədində olan Tonqçanq bölgəsindən atıldığını bildirir.
ABŞ hökuməti atılan raketlərin təhlükə yaratmadığını ifadə edib.
Orxan / Metbuat.az