İstanbulda qasırğa səbəbindən dəniz reysləri təxirə salındı

İstanbulda qasırğa səbəbindən dəniz reysləri təxirə salındı
11:23 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda dəniz reysləri yenidən təxirə salınıb. Bu barədə Trend çərşənbə günü “Anadolu” agentliyinə istinadən məlumat verir.

Reyslər İstanbul akvatoriyasında bir neçə gündür davam edən güclü qar yağması və fırtına ilə əlaqədar təxirə salınıb.

Yanvarın 7-nə planlaşdırılan reyslər təxirə düşüb. Reyslərin başqa günə keçirilməsi ilə bağlı hələlik hər hansı məlumat verilmir.

Çərşənbə günü "Türk Hava Yolları" da bir sıra aviareysləri təxirə salıb. Əsasən, Tbilisi, Budapeşt, Kişinyov, Cenevrə və Təl-Əviv reysləri ləğv edilib.

Eyni zamanda, bu günə planlaşdırılan 41 daxili reys də ləğv edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2350507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR