Türkiyədə gənc oğlan nənəsini öldürüb.
Metbuat.az bildirir ki, hadisə İzmir şəhərinin Karabağlar mahalında qeydə alınıb. 19 yaşlı Onur Kamber Konçak 79 yaşlı nənəsi Makbulə Öntaşı döyüb. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Gənc oğlan polis tərəfindən saxlanılıb. Hadisənin hansı zəmində baş verməsi araşdırılır.
Orxan / Metbuat.az