Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclası Türkiyədə keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin şəxsən bəyan edib.

Qeyd edək ki, bu gün Moskvada Türkiyə prezidenti və geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclası keçirilib.

İclasda ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib - vizasız rejimə keçid, iki ölkə arasında aviareyslərin sayının artırılması, təhlükəsizlik, iqtisadi və digər məsələlər nəzərdən keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində