Elza “Bu şəhərdə”ni yarımçıq tərk etdi

İki il öncə münasibətləri pozulan Elza Seyidcahan və “Bu şəhərdə” komandası arasında artıq heç bir problemin olmadığı deyilir.

Metbuat.az xəbər verir ki, hətta əməkdar artist ötən gün “Bu Şəhərdə” komandasının “diYeTaa” adlı konsertində birinci sırada əyləşib. Məsələnin maraqlı tərəfi isə müğənninin konserti başlamadan öncə tərk etməsidir.

Onun zalı tərk etməsinin ardınca səhnədə Niyam Salami obrazını canlandıran Rafael İsgəndərovun “mən Elza Seyidcahanın qəzəlini demək istəyirəm” deməsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. İlk baxışdan tərəflərin bir-birindən incidiyi düşünülsə də, məsələ heç də belə deyil.

Hətta Seyidcahan konsertdən fotosunu sosial şəbəkədə paylaşaraq əlaqələrinin yaxşı olduğunu təsdiqləyib.

Rəvan Nasiroğlu / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR