Bakıda AŞPA-nın komitə iclası başlayıb

Bakıda AŞPA-nın komitə iclası başlayıb
10:03 15 Mart 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası işə başlayıb.

Publiika.az xəbər verir ki, iki gün davam edəcək iclas Milli Məclisin binasında keçirilir.

İclasın açılış mərasimində komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin sədr ümavini Valeh Ələsgərov, xarici işlər nazirinin müavini Xələf Xələfov, təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Furio de Angelis iştirak edir.

Qeyd edək ki, iclas iştirakçıları daha sonra Müşviqabad qəsəbəsində qaçqınlar və məcburi köçkünlər üçün salınmış yaşayış qəsəbəsinə baş çəkəcək, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovla görüşəcəklər.

İclas sabah da davam etdiriləcək, müxtəlif məruzəçilərin hesabatları dinləniləcək.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Valeh Əsgərov qonaqları salamlayaraq bildirib ki, AŞPA-dan Bakıya böyük nümayəndə heyətinin gəlməsi və bu iclasın Bakıda keçirilməsi münasibətlərin gələcək inkişafı üçün mühüm töhfədir:

“Yaxın günlərdə AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası da Bakıda keçiriləcək”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR