Konsuldan soruşun

Konsuldan soruşun
12:27 15 Mart 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanışlıq

Kim Morales ABŞ-ın Bakıdakı Səfirliyinin Konsulluq şöbəsinin rəhbəridir. Morales Azərbaycana ailəsi ilə birlikdə 2015-ci ilin iyulunda gəlib. Bakıya təyin olunmamışdan öncə x-m. Morales ABŞ-ın Küveyt, Kosta Rika və Filippində yerləşən Səfirliklərində və həmçinin Vaşinqtonda da işləyib. 2004-cü ildə ABŞ Dövlət Departamentində işə başlamamışdan öncə x-m. Morales cinayət hüququ üzrə dərəcələr almış və hüquq mühafizə sahəsində çalışmışdır.

Fürsətdən istifadə edərək Azərbaycan xalqını və Azərbaycanda yaşayan və çalışan amerikalıları salamlamaqdan çox məmnunam. Keçən il ərzində mənim mehriban azərbaycanlılarla görüşüb onların qonaqpərvərliyi və mədəniyyəti ilə tanış olmaq imkanım olub. Mən və ailəm Qobustandan Şəkiyə, Naxçıvandan İsmayıllıya qədər bu ölkənin müxtəlif yerlərinə səyahət edərək bu ölkənin gözəlliyi ilə yaxından tanış olmağımızdan zövq aldıq. Mən qarşıdan gələn aylarda ölkənizlə tanışlığı davam etdirməyi səbirsizliklə gözləyirəm və ümidvaram ki, çoxunuzla görüşə bilərəm.

ABŞ Səfirliyinin Konsulluq şöbəsinin müdiri kimi mən Azərbaycan xalqı və hökuməti ilə daha sıx əlaqələrin yaradılması məqsədinə sadiqəm. Konsulluq şöbəsi çox vaxt Azərbaycanlılar üçün ABŞ hökumətinin simasıdır, bunu nəzərə alaraq biz müştərilərimiz üçün ABŞ-a qanuni səfər etməkdə kömək göstərməklə ən yüksək səviyyədə xidmət göstərməyə çalışırıq. Həmin missiyaya nail olmaq məqsədilə sizin viza proseduralarını daha yaxşı anlamanız üçün "Konsuldan soruşun" silsilə məqalələrimizə başlamağımızdan çox məmnunam. Bu sizinlə tanış olmaq, sizin ABŞ vizasına aid olan narahatlıqlarınızı öyrənmək, həmçinin bu proses barədə çoxlu mif və yalan məlumatı aradan qaldırmaq üçün yaxşı fürsətdir. Xahiş olunur suallarınızı AsktheUSConsulBaku@state.gov. ünvanına göndərəsiniz. Mən ən maraqlı və dəyərli sualları seçib növbəti məqalədə cavablandıracağam. Suallarınızı səbirsizliklə gözləyirəm.

Gələcək mövzular:

Viza müsahibəsi üçün ABŞ səfirliyinə daxil olduqda nə baş verir?

DV lotereyada iştirak edirəmsə və yaxud immiqrasiya etmək üçün müraciət etmişəmsə, turist vizası ala bilərəmmi?

Mənə viza verməkdən niyə imtina ediblər?

Viza ərizəsinin doldurulması üçün turizm agentliyinin xidmətlərindən istifadə edə bilərəmmi?


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR