x
Loading...
.

Eks-prezident: "Bakı Forumu çox sayda siyasətçini bir arada görmək üçün gözəl fürsətdir"

Eks-prezident: "Bakı Forumu çox sayda siyasətçini bir arada görmək üçün gözəl fürsətdir"
12:57 16 Mart 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

V Qlobal Bakı Forumu sabiq və hazırkı liderlərin qlobal problemləri müzakirə etmək üçün toplaşdığı çox vacib bir formatdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakıda forumun işində iştirak edən Bolqarıstanın sabiq prezidenti Pyotr Stoyanov deyib.

Sabiq prezident bildirib ki, bu format bu qədər çox sayda siyasətçiləri bir arada görməyə və müxtəlif baxışları bölüşməyə imkan verən gözəl fürsətdir.

P.Stoyanov qeyd edib: "Azərbaycan müxtəlif millətlərin və dinlərin bir arada yaşadığı yerdir, ona görə Bakı belə bir forumum keçirilməsi üçün doğru yerdir".

O əlavə edib ki, Azərbaycan və Bolqarıstan arasında daim inkişafda olan gözəl münasibətlər var.

Qeyd edək ki, bu gün "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş Üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinlər, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR