x
Loading...
.

Gürcüstan prezidenti: "Qlobal Bakı Forumu bütün ölkələrin qarşısında dayanan məsələləri müzakirə etməyə imkan verir"

Gürcüstan prezidenti: "Qlobal Bakı Forumu bütün ölkələrin qarşısında dayanan məsələləri müzakirə etməyə imkan verir"
13:05 16 Mart 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

"Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusunda keçirilən V Qlobal Bakı Forumu çox maraqlıdır, çünki müxtəlif ölkələrin nümayəndələrinə təkcə region ölkələri qarşısında deyil, həm də bütün dünyanın qarşısında dayanan məsələləri müzakirə etməyə imkan verir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu tədbir çərçivəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib.

O, Azərbaycan Prezidentinin forumun açılışındakı çıxışının əhəmiyyətini də vurğulayıb: "Mən artıq ənənəyə çevrilmiş bu forumun keçirilməsində təşəbbüsü üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Mən əvvəlki forumda da iştirak etmişəm, burada təşkilatçılıq səviyyəsi çox yüksəkdir".

Qeyd edək ki, bu gün "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinlər, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR