İtaliya futbolunda ilk: Kişi komandasında qadın məşqçi

İtaliya futbolunda ilk: Kişi komandasında qadın məşqçi
09:37 17 Mart 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın futbol üzrə U-16 milli komandasına yeni məşqçi təyin olunub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu təyinat nəinki İtaliyada, dünyada təəccüblə qarşılanıb.

Belə ki, kişilərdən ibarət futbol komandasında qadın məşqçiyə işləyəcək. Bu isə dünya futbolunda nadir rast gəlinən, İtaliyada isə ilk belə hadisədir.
 
Qadınlardan ibarət İtaliya millisinin keçmiş futbolçusu Patrisiya Paniko yeni vəzifəsində ilk sınağına mart ayında iki yoxlama görüşü ilə çıxacaq.
 
O, baş məşqçi Daniele Corattonun köməkçisi olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR