İdmançı Kamil Zeynallı və jurnalist Əfruzə Ağayeva arasında baş verən qalmaqalla bağlı məhkəmə başa çatıb. Belə ki, jurnalist Əfruzə Ağayevanın, "Kamil Zeynallı söyüncə görə məndən üzr istəsin" iddiası təmin olunub.
Bununla bağlı Mətbuat.az-a açıqlama verən Əfruzə Ağayeva bunları deyib:
"Qərarla tam razı deyiləm, yenidən Appelasiya Məhkəməsinə müraciət edəcəm. Hakim Kamil Zeynallı üzr istədikdən sonra, mənim də çalışdığım saytda aparıcı Şəbnəm Həsənovanın yazısına görə təkzib verməyimi istəyib. Amma mən bunu etməyəcəm. Çünki yalan yazmamışam. Adam nə vaxt təkzib verər? Yalan yazı yazanda. Şəbnəm xanım etiraf edib və səs yazısı da var.
İdmançı Kamil Zeynallı isə öz hesabında məhkəmənin qərarı barədə bunları yazıb:
"Bu gün mənə qarşı açılan məhkəmə yekunlaşdı. Məhkəmə qərar verdi: Kamil Zeynallı heç bir təzminat ödəməyəcək (50 min manat). Qarşı tərəf, jurnalist Kamil Zeynallıdan üzr istəyəcək, Kamil də qarşı tərəfdən üzr istəyəcək”
Rəvan Nasiroğlu / Metbuat.az