Diqqqət; Bu materiallar, tanış olmaq məqsədiylə mənə Ehsan müəllimin ailəsi tərəfindən verilib.

Ehsan Hacıyev Azərbaycan Sovet Respublikasının DİN-də işlədiyi müddətdə nümunəvi şəxslərdən biri olub.

Yazı Metbaut.az saytında "ARXİDƏN" LAYİHƏSİ çərçivəsində təqdim olunur. Digər saytlar yazıdan istifadə edərkən, istinad verməli və təqdim edənin kimliyini vurğulamalıdır.

Materialla bağlı kimin nə narahatlığı olacaqsa fikrlərini mənim e-mail ünvanıma yaza bilər (xanemir71@gamil.com)

Təqdim edir: X. Nəzərov

GİRİŞ

1981-ci ildə Balakən rayonun qəbristanlığında bir nəfər rus qadının meyitini qəbirdən çıxarıb üstünə “bura gobursanlıq deyil, qəbristanlıqdır,” yazılan kağız yazıb qoyub gedib. Mən bu cinayətin necə baş verdiyini, iç üzünü açmaq, bunun necə qiymətləndirildiyini aydınlaşdırmaq istədim.

SSRİ RƏHBƏRİNİ AYAĞA QALDIRAN CINAYƏT HADISƏSI


Brejnyev cinayətlə bağlı  Heydər Əliyevə zəng etdi

1981-ci il aprel ayının 6-sı istirahət günü evdəydim, saat təxminən 11 radələrində növbətçi zabit zəng vurub xəbər verdi ki, Talalar kəndindən iki nəfər cavan oğlan gəlib, üç gün bundan əvvəl Talalar kənd qəbristanlığında dəfn olunmuş rus qadının meyitinin qəbirdən çıxarılıb kənara qoyularaq, üstündə də kağıza “bura gobursanlıq deyil, qəbristanlıqdır” yazıldığını məlumat verdi. Qadın şikayətə gələn oğlanlardan birinin ansıdır. ”Bu saat gəlirəm” deyə şöbəyə yollandım. Şikayətçiləri qəbul edib dinlədim, sonr a onlara tapşırdım ki, siz gedin lazımlı işçiləri gətirib gəlirəm, ancaq meyiti tərpətməyin.

Zaqataladan məhkəmə tibbi ekspertizasını çağırıb onların gəlişini gözlədim. Nəhayət, əməliyyat istintaq qrupu ilə hadisə yerinə getdim, yolda göndərdiyim işçi qarşıma çıxdı, bildirdi ki, meyiti götürüb kəndə aparıblar.Yoldaşları qəbriatanlığa göndərdim ki, hadisə yerini pozulmuş da olsa müayinə etsinlər, özüm şöbəyə qayıdıb meyit sahibindın bir nəfər ağsaqqal çağırtdırdımsa da yenə oğlu gəlib atasının xəstə yatdığını bildirdi, dedi ki, biz gedincə atamın tapşırığı ilə meyiti aparıb elə həyətdə də basdıracaqlar. Çox söhbət etdim ki, icazə verin məhkəmə tibbi ekspertiza meyitə baxsın, sonra rayonumuzda qardaşlıq qəbrisanında basdırın. Dedi, gedib atamla razılaşmalıyam. Getdi və xəbər gətirdi ki, olmaz, o öz fikrindən daşınmır.

2.

Daha sonra əldə etdiyimiz məlumatlara görə bu cinayəti qəbristanlığın əvvəlki gözətçisi Abid Hacıyev etmiş olduğundan şübhələndik. Abid uzun illər bu qəbristanda gözətçi işləmiş, 1979-cu ilin fındıq yığımı zamanı fındıq ehtikarlığı üstündə həbs edilmişdi. Həbsdən yeni gəlsə də, kənd adamları qəbristana yeni gözətçi təyin etdikləri üçün Abidi öz yerinə qaytarmamışlar. Sonra Talalar kəndində bir nəfərin evində mövlud məclisində Molla İsmixan danışar ki, daha kəndimizdə kişi qalmayıb, bu kəndin bərəkəti qaçacaq, bir rus 30 ildir kəndimizdə yaşadı, dinimizi qəbul edib adətmizi götürmədi. Əksinə, həyat yoldaşı da dönüb rus xasiyyətli olub, 3 oğlu, bir qızı da öz dinində tərbiyə edibdir.Yaşadığı dövrdə bizi bəyənməyib, kəndimizin adamlarına da aşağıdan yuxarı baxıb, amma necə olur ki, öləndə bizimlə bir qəbristanlıqda yatır? Niyə, nə üçün, milləti bu qədər alçaltmaq olarmı? Səbəbkar da elə özümüzük, bizim qeyrətsizliyimizdir.

İsmixanın bu danışığı bizə əsas verir ki, həmin məclisdə olanları müəyyən edib hər birinin şəxsiyyəti ilə maraqlanaq. Belə də etdik. Hadisədən beş gün keçəndə artıq hər şey bizə aydın idi. Mövlud məclisində iştirak edən Zaqatala rayonunda arıçılıq birliyində işləyən , mollalıq etməsə də mollalarla oturub-duran kənd sakini İslam Hacıyev məclis dağılanda İsmixan kişiyə qapıda, hətta, sən yaxşı danışmadın, bu boyda kəndin kişilərini təhqir etdin, ancaq kəndimizdə kişi çoxdur, demişdir. Məclisin səhəri günü isə bu hadisə baş vermişdir.

Müəyyən edildi ki, İslam əvvəllər qəbristanlığın gözətçisi olan Abid Hacıyevlə yaxınlıq edən, daima bir yerdə olan adamdır. Onda şübhələr daha da artdı, ağlımıza gələn o oldu ki, demək meyitin qəbristandan çıxarılmasının təşkilatçısı və iştirakçısı, əsasən, elə İslamdır. Lakin bu işi o təklikdə görə bilməzdi. Hadisə yerindəki müayinə bizə tutarlı bir dəlil verməsə də, hadisə yerini görən şahidlər və meyitin ayağına bağlanan məftil bunu təsdiq edirdi. Söz yox ki, Abid sübut etmək istəmiş ki, qəbristanlığı o qoruyanda oraya kimsə girə bilmirdi, beləliklə, də onu yenidən qəbristanlığı qorumaq üçün geri çağırsınlar.

3.

Brejnyev cinayətlə bağlı  Heydər Əliyevə zəng etdi

Meyitin sahibləri daha görünmürdü. Bu cinayət də öz növünə görə sair cinayət növünə aid edilmişdi, heç rəhbərlərdən də bu barədə bizi narahat edən yox idi. Mən özüm bu işdən naharatlıq keçirirdim, odur ki, qəbristanlıqdakı alman, rus millətindən olanların basdırıldığı qəbirlərin fotoşəklini çəkmişdim, bu cinayətin milli zəmində baş vermədiyinə isə tam arxayın idim. Lakin elə bil ürəymə dammışdı ki, gec-tez bu cinayət işinə görə bizim başımız ağrımalı olacaq. İnanın ki, mənim ürəyimə daman şey mütləq başıma gəlir. Lakin bir az geci-tezi var.

8 may günü biz yenə də kökəltmə birliyində işləyirdik. Elə Əsədov da səhər-səhər bizim yanımızda idi. Mağazanı açdırandan sonra bu cinayət onun da yadından çıxmışdı, o da bu barədə heç bir söz soruşmurdu.

Katib özü gəldikdən təxminən iki saat sonra rasiya üçün xəbər verildi ki, prokuror, hakim və mən təcili rayon PK –nə gələk. Biz katibin iş otağına daxil olduqda artıq katib və onun büro üzvləri (mən onlara katibin popuqayları deyirdim) çox dəhşətli bir sifətlə oturublar. Biz içəri girəndə Əsədov ikinci katibə “ büronun qərarını oxu” - deyə göstəriş verdi. İkinci katib Abdullayev “meyitin qəbirdən çıxarılması faktı ilə bağlı başlanmış cinayət işi açılmadığına görə rəis Hacıyevə və prokurora şəxsi işinə tikilməklə şiddətli töhmət elan olunsun.” Popuqaylar hamısı qərarla razı olduqlarını bildirdilər. Bizə isə heç bir söz deməyə imkan vermədən, “yoldaş rəis, de görüm cinayətkar nə zaman müəyyən ediləcək, dedi, Heydər Əliyev bu cinayət işini “ kontrola” götürüb, cavab ver, biz də sözümüzü deyək.”- dedim:

-Bu cinayət işinin istintaq müddəti hələ başa çatmayıb, bizim cinayətkarımız da məlumdur, imkan verilsə, bu məsələnin həllinə cəmi üç gün vaxt lazımdır.

- Yoxsa, mağaza işini deyirsənsə, mən öyrənmişəm, o işin bu işlə heç bir əlaqəsi yoxdur. Cinayətkarı bir həftəyə kimi tapmasanız, prokurorun da, sənin də partbiletin alınacaq.

- Cinayət açıqdır, cinayətkar da məlumdur...

Şöbəyə prokurorla birlikdə gələrək yol boyu özümüzdə götür-qoy etdik. Prokurora təkidlə inandırmaq istədim ki, qəbri qazanın biri Abiddir, əgər ürəkli olub Abidə həm qəbrə görə, həm də alıcıları çəkidə, ölçüdə, qiymətdə aldatdığına görə həbs qərarı versən, bu cinayətin digər üzvləri də, məncə, müəyyənləşəcək.

Şöbədə məlum oldu ki, məni respublika DİN-dən, prokuroru respublika prokurorluğundan axtarırlar.

Bu məsələ çox ciddi şəkil alıb, özü də yuxarılarda milli zəmində törədilən cinayət kimi qiymətləndirilib. Sən demə, ölən qadının Balakən rayonunda olub dəfndə iştirak edən qardaşı Moskva şəhərində hansısa bir zavodun patiya təşkilat komitəsinin katibidir. O bu məsələyə dair şikayət ərizəsi yazıb şəxsən Brejnyevə təqdim edib. O da Heydər Əliyevə zəng edib cinayətkarın təcili tutulması barədə göstəriş verib. Əbəs yerə büroda bizə töhmət verməklə katib və onun popuqayları öz işlərini bitmiş hesab ediblər.

Brejnyev cinayətlə bağlı  Heydər Əliyevə zəng etdi

Nazirlikdən bildirdilər ki, sabah başda nazir müavini general Kamil Məmmədov olmaqla yoldaşlar gələcək, başqa təşkilatladan da gələn olacaq. Odur ki, biz cinayət işini bir daha müzakirə etdik. Prokuror birdən cürətləndi, Abidi iki maddə ilə- qəbir cinayətinə görə Azərb.SSR CM-nin 230-cu və qiymətdə aldatmağa görə 154-cü maddə ilə həbs etdi. Molla İsmixanı gətirib müvəqqəti saxlama protokolu tərtib edib istintaqa cəlb etdik. Səhəri, doğrudan da, Kamil Məmmədov və yanında elmi tədqiqad şöbəsindən bir nəfər, CAİ-dən 7 nəfər rayona gəldi.Onlarla bərabər respublika prokurorunun müavini İsmayılov və milis üzərində nəzarət şöbəsinin prokuroru Atakişiyev də gəlmişdi.Elə onların şöbəyə gəldiyi ilk dəqiqədən İsmayılov dedi ki, yoldaş Atakişiyevə bir nəfər ayırın, üç il ərzində cinayət işi başlanılması rədd edilmiş materialları yoxlasın. Mən prokurorluqda olacam, onun nəzarət işlərini nəzərdən keçirəcəm. Elə bu zaman Əsədov zəng etdi ki, prokuror da, sən də rayon PK-na gəlin, MK-dan gələn yoldaşlar var.Əvvəlcə prokuror getdi, onunla nə danışdıqlarını bilmirəm, ondan sonra mən getdim. Katibin otağında üç nəfər tanımadığım adam vardı.Katib dedi ki, yoldaşlar MK-dan gəlmişlər. Onlardan biri İsaqov Heydər, birinin adı Azər, üçüncünün də adı yadımda qalmayıb.Heydər İsayev çox kobud bir surətdə sözə başladı:

- Nə üçün partiya və dövlətin tələbini ödəmirsiniz, respublikanı pis vəziyyətə qoyursunuz, xidməti işinizi layiqincə yerinə yetirmirsiniz. Buyurun, sözünüzü deyin, bu cinayət nə vaxt açılacaq? Bizi Heydər Əliyev göndərib, məsələnin nəticəsini ona məruzə etməliyik.Dedim:

- Onu istintaqın gedişi göstərər, biz cinayətkarı tutmuşuq, sübutları toplamaqla məşğuluq.İstintaqın prossesual müddəti də hələ bitməyib.

- Mənə prossesual müddət lazım deyil, bu iş neçə günə tamamlanar onu soruşuram?

- Siz çox nahaq yerə mənə belə bir sual verirsiniz. Bu cinayət işdidir, kolxozun qarğıdalısının alaq işi deyil ki, sizə deyəm neçə günə qurtaracam.İstintaqda belə sual yoxdur. Bu vaxt Əsədov mənə irad tutdu:

-Yoldaş sizinlə Heydər Əliyevin adından danışır. Dedim:

- Heydər Əliyevi mən də tanıyıram, onunla lap bir –iki əməliyyatda iştirak da etmişəm, məni də bura elə o özü göndərib. Lakin cinayəti naməlum cinayətkar törədib, mən cinayətkar deyiləm, DİŞ rəisiyəm, dediklərimin məsuliyyətini də yaxşı dərk edirəm.

Bu zaman Azər kəkələməyə başladı:

-Yoldaş rəis, bəs nə üçün başa düşmək istəmirsən ki, Heydər Əliyev şəxsən Brejnevə məruzə etməlidir. Bəs eşitməmisənmi, bu iş milli məsələ kimi qiymətləndirilir. Dedim:

- Yox, eşitməmişəm ,onu mənə siz deməli idiniz ki, bu şikayətin belə şişməsinin səbəbi nədir? Mən elə ilk gündən bu cinayətin milli zəmində olmamasını sübut etmək üçün rəhbərliyiə fotoşəkil göndərmişəm, alın buna siz də baxın, deyə qəbristanlıqda çəkilmiş iki fotoşəkli ona uzatdım. Ancaq siz bu cinayətə milli don geydirirsinizsə, bu çox əla, mənə belə gəlir ki, Heydər Əliyev belə deməzdi. Əgər o bu işi siz deyən kimi qiymətləndirərdisə, onda mənim işim çox asan olardı. Onda DTK-dan gəlib bu cinayət işinə sahib durardılar, mən də onlara kömək edərdim.

Bu zaman pəncərədən çölə baxan, adı yadımda qalmayan yoldaş dönüb onlara dedi ki, nə üçün rəislə belə danışırsınız, onun dedikləri hamısı düzdür.Əgər milli məsələdirsə, onda milisdən nə istəyirik, hanı DTK. Məsələni belə qoymaq lazım deyil.Heydər İsayev dilləndi:

- Yaxşı, elə olsun, rəis, gedin məşğul olun və axşam-səhər görülən iş barədə məruzə edin.

- Məndən heç bir məruzə gözləməyin, cinayətkar məlumdur, nazir müavini böyük bir dəstə ilə buradadır, sizə nə lazım olarsa ondan soruşarsınız.

Şöbəyə qayıtdım. Bu vaxt prokurorun nazir müavini Məmmədov və respublika prokurorunun müavini İsmayılovla mənim iş otağımda söhbət etdiyini gördüm. Prokuror məni görən kimi qolumdan tutub dəhlizə çıxardı və narazı, bir qədər də həyəcanlı halda dedi:

- Mənim evimi yıxdın, balalarımın çörəyini kəsdin. Hamısı deyir, Abidi nahaq yerə tutumusan, sizə qəbrdən meyiti çıxaranı tapmaq lazım idi, siz isə “korna” tutursunuz. Belə çıxır, su bulandırmısınız ki, balıq tutasınız. Dedim:

- Qorxma, biz cinayətkarı düz müəyyən etmişik, düz tutmuşuq, ondansa bir az da cürətli ol, Molla İsmixan növbətçi otağında saxlanılır, onu da cinayətdə təhrikçi kimi həbsə al, buna da kifayət qədər əsasın var. Sonra da İslama çıxmaq lazımdır.

5.

ADU-da hüquq fakultəsində fəlsəfə fənnindən dövlət imtahanı gedirdi. Sən demə, Heydər İsayev bizdən imtahan götürən professor Şirəliyevin həm qohumu, həm də həmyerlisi imiş. Mən sinfə girib bilet çəkib familiyamı, adımı deyən kimi Şirəliyev soruşdu ki, Balakən rayon DİŞ-nin rəisi Hacıyev sizsiniz? Biləndə ki, mənəm, o üzünü dövlət imtahan komissiyasının başçısı Ağabala Rzayevə tutub soruşdu ki, siz bu yaxında Balakən rayonunda baş vermiş ağır cinayət haqqında eşitmisinizmi? Rzayev məlumatsız olduğunu bildirdi.Şirəliyev dedi,

-Yoldaş Hacıyev, əvvəlcə o hadisə barədə bizi bir qədər məlumatlandır. Mən dedim:

- Siz deyirsiniz ağır cinayət, o isə heç də ağır cinayətlər siyahısına daxil deyil. Onu ağır hala salan bizim böyüklərimiz oldu. Cinayətin baş verməsini və açılmasını təşkil edən əsas əlamətlərdən söhbət açdım. On günə iki min nəfərin əl yazısını xətt ekspertizasından keçirdiyimi söyləyəndə oturanlardan kriminalistika elmi üzrə alim olan Cəfərov, siz sosialist qanunçuluğunu tamamən pozmusunuz, təcrübədə heç vaxt belə şey olmayıb, mövcud qanunlarımız da buna yol vermir, - dedi.

Dedim:

-Yoldaş Cəfərov, bəs hansı qanunda yazılıb ki, sizə danışdığım bu hadisə real ola- ola işin istintaq müddəti bitməmiş rəisə və prokurora töhmət verəsən, özü də partiya şəxsi işinə yazılmaqla. Harda görülüb ki, prossesual qayda qala bir tərəfdə, MK-dan gələn ali yoldaşlar deyə ki, söz ver, bu işi bir neçə günə açacaqsan. Harda görülüb ki, partiya işçiləri birbaşa burunlarını istintaqa soxa, cinayəti boynuna almış şəxsi rayon PK-na apartdırıb inzibati orqan işçilərinin iştirakı olmadan MK-nın nümayəndəsi və rayon PK-nın katibi, onun bizə danışdığının doğru olub-olmadığını aşkarlamağa çalışsın.

6. SON

1981-ci ildə Balakən rayonun qəbristanlığında bir nəfər rus qadının meyitini qəbirdən çıxarıb üstünə “ bura gobursanlıq deyil, qəbristanlıqdır,” yazılan kağız yazıb qoyub gedib. Mən bu cinayətin necə baş verdiyini, iç üzünü açmaq, bunun necə qiymətləndirildiyini aydınlaşdırmaq istədim.

1986-cı ildə respublikanın Ağdaş rayonunda iki qəbristanlıqda 4-5, Yevlax, Zaqatala, Xaldan, Bərdə rayonlarının qəbristanlığının hər birində bir qəbir qazılıb meyidin ağzından qızıl dişlər oğurlanması faktı üzrə olan cinayətlər bütün respublika əhalisini lərzəyə salmışdı, ancaq heç bir dövlət rəhbəri, rayon PK rəhbərliyi narahat olmur, heç bir dövlət səviyyəli tədbir görülmürdü. Lakin Zaqatala rayonunda da bir neçə qəbir açılıb deyə mən çox bərk narahat oldum. Şirəliyevin yanına gedib təklif etdim ki, qəbristanlığı murdar əməllərdən qorumaq üçün ictimaiyyətin qüvvəsindən istifadə etmək lazımdır. Belə də etdik. Sonucda etdiyimiz bütün cəhdlər, çəkdiyimiz əziyyətlər və gördüyümüz hər cürə ön tədbirlər öz faydasını verdi.