Ötən gün "Survivor"un növbəti səsvermə gecəsi keçirilib. "Könüllü" və "Məşhurlar" komandasının birləşmə gününə sayılı günlər qalmış keçirilən son səsvermədə yarışı tərk etməyə 4 namizəddən biri olan Ərdi Acunun açıqlamasına görə, ən az səs faizi ilə adanı tərk edib.

Fiziki göstəricisinə görə "Survivor"un ən zəiflərindən olan Ərdi 2 aylıq macərası zamanı xarakteri, cəsarəti ilə bir çox güclü iştirakçılara "meydan oxumasıyla" tamaçıların sevimlisinə çevrilməyi bacarıb.

"Survivor"a Acunun rəhbəri olduğu TV8 telekanalında yayımlanan "Göz6" realiti şousunun qalibi kimi vəsiqə qazanan Ərdini indi ailəsi ilə yanaşı bir xanım da gözləyir. "Göz6" şousunda gizli eşq yaşadığı Filiz Yazıcı Ərdinin "Survivor"u tərk etməsindən həmən sonra sosial şəbəkə hesabında maraqlı paylaşım edib. Filiz Ərdinin fotosunu paylaşaraq bunları qeyd edib:

"Sən mənim könlümün çempionusan. Bayrampaşalım, buralara qədər ürəyini qoyaraq gəldin, sözünün "əri" oldun, hər kəsə alicənablığını, düzgünlüyünü göstərdin. Ən əhəmiyyətlisi "nəsib və qismət" dedin. Demek ki, buraya qədərmiş, amma o qədər gözəl izlər buraxdın ki... Sən olduğun kimi oldun, gözəl ürəkli, adam kimi adam. Heç kimə əyilib, bükülmədən bu macəra burada bitdi və qovuşmağımıza az qaldı".

Qeyd edək ki, Ərdi yarışı tərk edərkən düşmən mövqeyində olduğu iştirakçılar ilə də sağollaşmağı unutmayıb. Onun bu addımı rəqiblərini belə kövrəldib.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Qovuşmağımıza az qaldı" - Gizli eşqindən Ərdiyə KÖVRƏLDİCİ MESAJ - VİDEO - FOTO"Qovuşmağımıza az qaldı" - Gizli eşqindən Ərdiyə KÖVRƏLDİCİ MESAJ - VİDEO - FOTO

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində