Udinlər bayram edirlər

Udinlər bayram edirlər
15:05 7 Yanvar 2015
155 Sosial
Ölkə mətbuatı
A- A+

Bütün xristian aləmində olduğu kimi, Qəbələnin Nic qəsəbəsində yaşayan udinlər də “Milad”ı qeyd ediblər.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, “Cotari” alban kilsəsində təşkil olunan mərasimdə bu bayramın mahiyyətindən danışılıb, təbriklər səsləndirilib. Kilsənin əsaslı bərpası ölkədə yaşayan digər dini və milli azlıqlarla yanaşı, udinlərə qarşı da ayrı-seçkiliyin olmadığına nümunədir.

Qəsəbədə 3 kilsə, iki məscid var və hər bir vətəndaş heç bir basqı altında olmadan dini ayinləri icra etmək imkanına malikdir. Bu sözlər Qəbələnin Nic qəsəbəsndəki Cotari kilsəsində təşkil edilən bayram mərasimində səsləndirilib. Bildirilib ki, altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Qəsəbə məktəbində ibtidai siniflər üçün udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Halbuki, sovetlər dönəmində udinlərə öz bayramlarını qeyd etmək qadağan olunmuşdu. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə onlar etnik xalq olaraq bayramlarını hər il qeyd edirlər. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR