"Çelsi"nin baş məşqçisi Antonio Konte Premyer Liqanın 30-cu turunda "Mançester Siti" üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəsis "Siti"nin çempionatın ən yaxşı komandası kimi dəyərləndirib.
"Bütün oyunu futbolçularımla birlikdə qaçdım. Buna görə biraz yorğunam. "Çelsi" çempionatda ən güclü məşqçinin rəhbərlik etdiyi ən yaxşı komandaya qalib gəldi. İndisə dincəlib qüvvəmizi bərpa etməliyik. 2 gündən sonra növbəti oyuna çıxmaq lazımdır. Mövsümün bu hissəsində təzyiq çox güclüdür. Ötən oyunda layiq olmadığımız halda uduzduq. Bu məğlubiyyətə lazımi reaksiya göstərdik. 8 oyun qalib. "Tottenhem" son 8 matçını qələbə ilə başa vurmağa qadirdir. Riyazi baxımdan çempionluq üçün bizə 18 xal lazımdır. Titul qazanmaq üçün rəqiblər kimi sən də qalib gəlməlisən. Hər şey öz əlimizdədir".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində