Türkiyəli pop müğənni və aktrisa Ajda Pekkan səhnə həyatına vida etmək qərarı alıb.

Türkiyənin superstarı səhnə ilə vidalaşır - VİDEO

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, musiqi həyatı 1953-cü ildən başlayan və bu sənətdə adını qızıl həflərə yazdıran superstar aktiv səhnə həyatından uzaqlaşacağı barədə qərar verib.

1968-ci ildən bu vaxta qədər 19 albomu işıq üzü görən 71 yaşlı sənətçi gələn ay işıq üzü görəcək sonuncu albomu ilə musiqi karyerasına nöqtə qoyacaq.