​Ana südündən cavahirat hazırladı

Tanınmış dizayner Kelly Hovland ana südünü sərtləşdirib və ondan maraqlı cavahirat kolleksiyası hazırlayıb.

Metbuat.az xəbər verir ki, məşhur dizaynerin bu layihəni hazırlamaqda məqsədi ana və uşaq arasındakı mənəvi dəyəri qorumaq və ölümsüzləşdirmək olub. O qeyd edib ki, əmizdirmək uşaq və ana arasındakı ən güclü bağlardan biridir: “Bundan ilhamlanaraq ana südündən kolleksiya hazırlamaq qərarına gəldim”.

Dizaynerin hazırladığı şıq və zərif daş-qaşlar qısa müddətdə olduqca bəyənilib.

Aysel Yaqubqızı / Metbaut.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR