Azərbaycan Albaniyaya qarşı - YENİLƏNİR

Azərbaycan Albaniyaya qarşı -   YENİLƏNİR
15:57 9 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futzal üzrə Azərbaycan milli komandası "AVRO-2018"in seçmə mərhələsində növbəti oyununu keçirəcək. Fanat.Az xəbər verir ki, yığmamız Albaniya ilə qarşılaşacaq.

 

B qrupunda yer alan komandamız ilk matçında Bosniya və Herseqovina millisinə 5:4 hesabı ilə qalib gələrək 3 xalını qazanıb. İlk oyunda rəqibi qarşısında çətin anlar yaşayan Biro Jadenin yetirmələri qələbə qazanaraq həm bunun ilk matç həyəcanı olduğunu sübut etməli, həm də xal ehtiyatını artıraraq favoriti olduğu qrupu lider kimi başa vurmaq üçün addım atmalıdır.

 

Rəqib isə birinci görüşündə Macarıstana uduzduğu üçün ikinci oyununda ciddi müqavimət göstərəcək. Əks halda qrupda qalmaq təhlükəsi var.

 

Bakı İdman Sarayında baş tutacaq oyun saat 18:30-da start götürəcək. Oyunu kiprli Kostas Nikolau və finlandiyalı Timo Onatsu idarə edəcək.

 

Qrupun digər oyununda Bosniya və Herseqovina millisi Macarıstanla qarşılaşacaq.

 

"AVRO-2018"

Seçmə mərhələ

B qrupu, II tur

 

9 aprel

18.30. Azərbaycan - Albaniya

Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya).

Bakı idman sarayı.

 

1. Azərbaycan 1 1 0 0 5:4 3

2. Macarıstan 1 1 0 0 4:3 3

3. Albaniya 1 0 0 1 3:4 0

4. Bosniya və Hersoqovina 1 0 0 1 4:5 0


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-albaniyaya-qar-t57452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR