İrina Şeyk ana oldu - FOTOLAR

İrina Şeyk ana oldu - FOTOLAR
10:18 10 Aprel 2017
186 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur model İrina Şeyklə sevgilisi və aktyor Bredli Kuper ilk dəfə övlad sevincini yaşayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əslən tatar olan rusiyalı model övladını 2 həftə dünyaya gətirib. Daha heç bir təfərrüatlar yoxdur: nə uşağın cinsi, nə adı, nə də dəqiq doğum tarixi məlum deyil.

Bəzi iddialar görə, əgər uşaq oğlan olarsa, Bred 2011-ci ildə vəfat etmiş atası Çarlzın xatirəsinə onun adını qoyacaq.

Xatırladaq İrina Şeyk və Bredli Kuper 2015-ci ilin yazından birlikdədir. Model məşhur “Victorias Secret” alt paltarı brendinin dəfiləsinə hamilə halda çıxması ilə ana olmağa hazırlaşdığını elan edib. Yeri gəlmişkən qeyd edək ki, brendin tarixində ilk dəfə idi ki, hamilə model podiuma çıxaraq alt paltarlarını öz üzərində nümayiş etdirib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/194431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR