Yəhudi gənclərin məhəbbət rəmzi - FOTOLAR

Yəhudi gənclərin məhəbbət rəmzi - FOTOLAR
17:18 10 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Məşhur “Van Cleef & Arpels” şirkəti 1896-cı ildə Parisdə yaradılıb. Şirkətdə hazırlanan zərgərlik məmulatı dünyada sənət inciləri kimi tanınır. XX əsrin əvvəllərində hind maharacalarından tutmuş, kraliçalar, hersogonyalar, zəngin və nüfuzlu Hollivud ulduzlarına qədər çoxları gözəlliyini zəriflik və incəliyinə görə “Van Cleef & Arpels” şirkətinin zərgərlik məmulatları ilə vurğulayırdı.

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində bu həftə oxucuları dünyanın ən zəngin qadınlarının biləklərini, barmaqlarını, qulaqlarını və boynunu bəzəyən “Van Cleef & Arpels” zərgərlik evinin yaranma və inkişaf yolu ilə tanış edib.

Ailə və məhbbət rəmzi

VanCleaf-1.png

“Van Cleef & Arpels” zərgərlik brendinin tarixi eyni ilə nağıllardakı kimidir. Hər şey israil əsilli paris burjuaziyasına mənsub olan iki gəncin bir-birinə olan sonsuz məhəbbəti ilə başlayıb. 1896-cı ildə iki qəlbin görüşü - Alfred Van Klif və Estel Arpelsin dəbdəbəli toyu 2 zərgər sülaləsini birləşdirib. Bu, həqiqətən xoşbəxt və taleyüklü bir hadisə idi. Gənc ailələr ruhən o qədər yaxın idi ki, 10 il sonra, 1906-ci ildə Parisin mərkəzində Vandom Meydanında birgə yuvelir mağazası açmaq qərarına gəlib.

VanCleaf-6.png

Şirkəti yalnız qohumluq telləri deyil, həm də qiymətli materiallara olan fenomenal sevgi birləşdirirdi, sanki onların ittifaqı üçün Mednoy dağı (Mis dağı - qiymətli minerallarla tanınır. Ural dağlarının sahibəsinin mifik obrazı deməkdir) üçün cadu-tilsim edib. Hər iki ailə qiymətli daşlar kolleksiyası toplayırdı. Bu, onların əsl ehtirası idi, son pullarını da nadir daşlara xərcləyirdilər, bəlkə də onların uğurunun sirri elə bundan ibarətdir.

Əvvəlcə işə Alfred və Estelin qardaşı Şarl rəhbərlik edirdi, tezliklə onlara qiymətli daşlar üzrə ekspertlər - Jülyen və Lui Arpels də qoşuldu. Zərgərlik evində hər kəs öz işnin başında olurdu: Estel mühasibat işlərinə nəzarət edir, Alfred və Şarl ticarət işləri ilə məşğul olur, qalan ailə üzvləri isə qüsursuz keyfiyyətə görə məsuliyyət daşıyırdı. O vaxtdan bəri zərgərlik evi qırılmaz əlaqələrin, ailə və məhəbbət rəmzi, həmçinin sənət və poeziyanın ahəngdar uyğunluğu kimi tanınmağa başladı.

Öz işinə əsl sədaqət və məhəbbət

Arpelslər dünyanın ən nadir daşlarını əldə etmək üçün ekzotik ölkələrə axtarışa çıxırdılar. Onların bu axtarışları nəticəsiz qalmırdı. Bahalı daş-qaş həvəskarları ən təmiz, ən nadir, ən gözəllərini tapır, sonra isə onları təkrarolunmaz zərgərlik sənət incilərinə çevrirdilər.

Təkrarsız, nadir, misilsiz zinət əşyalarının ekszlüzivliyi və klassik gözəlliyi “Van Cleef & Arpels” zərgərlik evinin erkən uğurunu təmin edir. 1935-ci ildə o, Mavi sahildən tutmuş Dinara və Monte-Kraloya qədər kübar təbəqənin dincəldiyi bütün dəbdəbəli kurortlarda təqdim olunmuşdu.

Çox tezliklə yuviler brendi anlayır ki, dəbə əməl etmək asandır, amma onu yaratmaq daha çətindir. 1930-ci ildə Şarl Aprels yeni ideyanı reallaşdırır. Belə ki, o, bir dəfə milyoner xanımı Florens Seu Quldu ziyafətdə pomadasını qalaylı qutuya qoyan zaman görür və minoderi (kosmetikaları saxlamaq üçün qiymətli qabı) ixtira etmək qərarına gəlir. Bu ixtira axşam qadın geyimlərinin ən uğurlu və əvəzedilməz atributu olur. Bu da təsadüfi deyil. Axı Fransanın paytaxtı dəbin əsas mərkəzi sayılır. Ümumiyyətlə, “Van Cleef & Arpels” bir sıra aksessuarların yaradılmasına ilham verib. Axşam əl çantaları, portsiqarlar brendin ən tələbkar və zövqlü müştərilərini cəlb edirdi.

VanCleaf-72.png

İkinci nəsil idarəçiliyi

30-50-cu illərdə zərgərlik evini Van Klifov və Arpelslərin ikinci nəsli idarə edirdi. Zərgər emalatxanalarının bir qismi Amerikaya köçürülmüşdü. İldən-ilə çiçəklənən marka ən nəfis zərgərlik brendi olmuşdu. Təbiətdə nadir rast gəlinən bəzək əşyalarına olan alovlu ehtirası innovasiya texnologiyalarını da çulğalamışdı.

1939-cu ildə şirkət Atlantikanı keçərək, Nyu Yorkun Rokfeller mərkəzində daha bir butik açır. Bununla da, “Van Cleef & Arpels” şirkəti Yeni Dünyanı fəth edən ilk zərgərlik brendi oldu. Bu, şirkətin art-direktou, Alfred Arpelsin qızı - Rene Pyusanla dahi dizayner Rene Sim Lakaza əməkdaşlığının bəhrəsi idi. Ümumiyyətlə, bu iki nəfər markanın inkişafında xüsusi rol oynayıb. Onlar öz səmərəli əməkdaşlığı ərzində ilham mənbəyi kimi təbii obyektlər seçirdilər, təbiət də öz növbəsində öz enerjisi və zəngin mineralları ilə markaya yeni nəfəs verirdi.

Zərgərlik brendinə böyük şöhrət gətirən orijinal ixtira

VanCleaf-44.png

“Van Cleef & Arpels” yarandığı gündən daim mükəmməllik axtarışında olub, qiymətli daşların gözəlliyini daha da artırmağa çalışıb. Lakin bu məsələnin həllində şirkətin mütəxəssisləri çətinliklə də rastlaşıb. Belə ki, zinət əşyalarının çərçivəsinin ağırlığı ən yüngül məmulat üçün belə problemə çevrilirdi. İxtiraçı zərgərlər uzun müddət metal korsetləri görünməz çərçivələrlə əvəz etmək axtarışında idilər. Nəhayət, 1933-cü ildə gözə görünməyən əfsanəvi çərçivənin yaradılması uğurla nəticələnib. Məhz bu ildə zərgərlik evi kommersiya sirri sayılan “Mystery Setting” və ya görünməyən çərçivələrini yaradır və 1933-ci ildə onun patentini alır. Markanın üslubu - inqilabi yeniliklərdən sonra qəti olaraq möhkəmlənir.

VanCleaf-45.png

Bunun sirri isə son dərəcə nazik olan qızıl tordur. Həmin torun konturu ilə daşlar dəqiqliklə bərkidilir. Bu eksklüziv bərkitmə texnikası daşların bütün gözəlliyini, təkrarolunmazlığını, yüngüllüyünü və parlaqlığını nümayiş etdirməyə imkan verirdi. Gözə görünməyən çərçivə bu gün də brendin fəxridir və bir nəsildən digərinə ötürülür. Gözəgörünməz sehrli texnika yalnız bacarıqlı zərgərlər agah idi. İnnovasiya texnologiyaları şirkətin tarixində dönüş nöqtələri olur.

Çoxfunksiyalı bəzək əşyaları

30-ci illərdə “Passe-Partout” konsepsiyası icad edilib: Qiymətli daşlarla bəzənilən qızıl boyunbağı ilə çiçəkli sancağı həm kolye, həm qolbaq, həm qurşaq, həm də yaxa sancağı kimi taxmaq mümkün idi.

VanCleaf-59.png

VanCleaf-58.png

VanCleaf-60.png

Zərgərlik evi az sonra dünyaya daha bir yenilik bəxş edir. Bu, "Zip", ya da "Şimşək" adlanan boyunbağı idi. Onu Vindzorın (Böyük Britaniyada hakim kral sülaləsi) gələcək hersoginyası Uollis Simpsonun sifarişi ilə hazırlayıblar. 30-cu illərdə düşünülmüş, eyni zamanda həm qolbaq, həm də boyunbağı kimi istifadə olunan bəzək əşyası 1951-cu ildə yenidən işıq üzü gördü və zərgərlik evinin tarixinə daxil oldu. Bu mövzunun müasir şərhi markanın pərəstişkarları arasında böyük populyarlığa malikdir. Bu əlaqə indiyədək Yüksək moda ilə “Van Cleef & Arpels” yaradıcılığının bir hissəsi olaraq qalır və müasir kuturye kolleksiyalarını təcəssüm etdirir.

VanCleaf-61.png

1936-ci ildə həmin hersoginya Vindzor sayəsində daha bir qadın bəzəyi tarixə düşür Bu, “Cadenas” qadın saatı idi. Zərgərlər yalnız onun görkəmli sahibəsinə məlum olan gizli saat yerləşdirilmiş bilərzik fikirləşdilər. İxtira qadının nüfuzunu qorumağa imkan verirdi, çünki 20-30-cu illərdə qola saat taxmaq pis əlamət sayılırdı. Amma "Gizlənpaç oyunu" alındı, qolbaq ilə gizli saat populyar qadın aksessuarı statusuna qədər yüksəldi.

Hind mədəniyyəti

VanCleaf-22.png

Hind yaradıcılığının sehri “Van Cleef & Arpels” şirkətinin dizaynerlərinə təsirsiz ötüşməyib. Ona görə bu ölkənin ekzotik motivləri dəfələrlə brendin məhsullarında təkrarlanıb. Hindistan yalnız tükənməz ilham mənbəyi deyil, həm də bahalı daş-qaşların tapıldığı ölkədir. Bu səbəbdən də Klod və Pyer Arpels qardaşları qiymətli daşların axtarışı üçün dəfələrlə ora gedirdilər.

Sənətkarlar və firmanın dizaynerləri bu ölkənin mədəniyyətinə, xüsusiyyətlərinə o dərəcədə bələd olmuşdu ki, firma tanınmış şəxsiyyətlərdən çoxsaylı fərdi sifarişlər alırdı. Daşların qüsursuz təmizliyi, zərgərlik məharəti, böyük və uğurlu stilizasiya motivləri eksklüziv müştərilər arasına bir çox hindistan şahzadələri və maharaclarını da cəlb edib. Onlar üçün şirkət müxtəlif vaxtlarda çoxlu qiymətli hazırlayıb.

VanCleaf-23.png

Məsələn, şahzadə Maxarani baroda ən məşhur hind sifarişçilərindən biri idi. Qiymətli zinət əşyalarına olan həddisz məhəbbətinə görə, ona “Hindistanın Uollis Simpsonu" ləqəbi qoymuşdular. O, ən yaxşı daşları acgözlüklə axtarır və nadir əşyaları sifariş edirdi. Deyilənlərə görə, onun qızıl-zinət əşyaları kolleksiyasında dövrün əşyalarından tutmuş böyük Moğollar, o cümlədən “Van Cleef & Arpels” sənət inciləri də daxil olmaqla üç yüz dən çox zərgərlik məmulatları olub. Hindistan sənətkarığı şirkətin dizaynerləri daim ruhlandırırdı. Bu mövzu indiyədək aktual olaraq qalıb.

VanCleaf-26.png

Nişan üzükləri

Картинки по запросу van cleef & arpels rings wedding

Əfsanəvi “Van Cleef & Arpels” brendinin hər bir nişan üzüyü özündə zərgərlərin əsrlik təcrübəsinin izlərini daşıyır. Bu işdə mükəmməlliyə çatmaq üçün 50-dən çox sənətkar statsunu qazanan zərgərlər gecə-gündüz çalışır. “Van Cleef & Arpels” zərgərlik evi iki qiymətli metalın – platin və brilyantın gözəllik və orijinallığını tərənnüm edir. “Van Cleef and Arpels” brendinin nişan üzükləri kolleksiyası özündə brendin ən yaxşı zərgərlik ənənələrini birləşdirib. Zərgərlik evinin nişan üzüklərində assimetrik xəttlər və brendin ən çox sevdiyi təbiət mövzusu üstünlük təşkil edir. Nişan üzükləri qadın kimi zərif, eleqant və yüngüldür.

İlham pəriləri və uçan balerinalar

VanCleaf-31.png

İlham pərisi fiqurları zərgərlik evinin daha bir rəmzi sayılır. Şarlın Arpelsin bacısı oğlu Pyer Arpels ehtiraslı balet pərəstişkarı idi. Hələ uşaqlıqda o, Parisdə rus baleti sehrinin təsiri altına düşmüşdü. Beləliklə də rus klassik baleti moda evinin bir çox kolleksiyaları üçün ilham mənbəyi olub.

Amma 1960-ci ildə Beşinci Küçədə yerləşən salona qəribə həyəcanlı adam gələnə qədər heç kəs güman edə bilməzdi ki, Pyerin baletə ehtirası qarşılıqlı ola bilər. Həmin şəxs inzibatçı qızı qorxudaraq zərgərlik evinin başçısı ilə görüş tələb edir. Pyer Arpels həyəcanla ziyarətçini qəbul edir. Məlum olur ki, qonaq Jorj Balançdır. O, mağazasının vitrindəki əşyalara o qədər valeh olur ki, zərgərə balet layihəsində iştirak etməyi təklif edir. Təklif qəbul olunur və 1967-ci ildə üç səhnədən ibarət "Zinət Əşyaları: “Zümrüd” (Fore musiqisinin sədaları altında), "Yaqut" (Stravinskinin musiqisi altında) və "Brilyant" (Çaykovskinin musiqisi altında) baletinin premyerası keçirilir.

VanCleaf-28.png

Eyni zamanda "Balet" adlı yeni zərgərlik kolleksiyası da istehsal olunur. Uğur böyük idi. Bu kolleksiya 2007-ci ilin sonunda yeni verisyası təqdim olunub.

1976-ci ildə daha bir möcüzə oldu. Dünya bər-bəzəkli ətirlərlə tanış olur. Bu, “Van Cleef & Arpels” brendinin ətriyyat xətti başlanğıcı oldu. Bahalı daşlarla işlənmiş ətirlər dəbdəbəli vurğunları üçün əsl hədiyyə idi.

Картинки по запросу van cleef & arpels

Bredin üslubu

Asiya və Şərq “Van Cleef & Arpels” üçün ən sevilən mövzulardan biri olub və olmaqdadır. Həmin mədəniyyətlərin arxitekturası, tətbiqi və dekorativ incəsənəti “Van Cleef & Arpels”in məhsullarının orijinallığına və nadirliyinə güclü təsir göstərib. Bu tanınmış brendin kolleksiyasındakı əksər əsərlərin ustaları “Min bir gecə” nağıllarının sehirli, sirli və valehedici dünyasından, Böyük İpək yolu barədə əfsanələrdən ilham alıb və hələ də həmin məbnədən bəhrələnməkdədir. Bir çox imperiyaların cah-calalı məhz bu zərgərlik nümunələrində canlandırılır. Rəngbərəng daşlardan ibarət olan bu sənət nümunələri Misir ehramlarını, fironlar dövrünü xatırladır.

Təbiətin əsrarəngiz gözəlliyi də 1920-ci ildən başlayaraq “Van Cleef & Arpels”in əsas ilham mənbələrindən biri olub, brendə dünya şöhrəti qazandırıb. Naturalizm ruhu ilə bədii zövq azadlığını özündə əks etdirən bu nadir nümunələr zərifliyi və incəliyi ilə seçilir. Təbiətin sonsuz möcüzələrini əks etdirən əsərlər bu gün də brendin ən çox müraciət etdiyi mövzulardan biri olaraq qalır, flora və faunanı zərgərlik sənətinin yeni kolleksiyalarında uğurla əks etdirir.

Müştəriləri

Məşhur Vindzor hersoginyası, Avropa kral ailələrinin üzvləri, Nepal şahzadəsi, şahzadə Qreys, kral Faruk, Vestminster hersoqu kimi məşhur şəxslər brendin daimi müştəriləri olub. Zadəgan ailələrindən başqa, məşhur aktyorlar, Elizabet Teylor, Marlen Ditrix, Polett Qoddar kimi ulduzlar və digər zəngin insanlar da Van Cleef & Arpels brendinə pərəstiş edib.

Zərgərlik evi indi də dünyanın ən nüfuzlu brendlərin biri olaraq qalır. Uzun illər onun rəhbərləri tarixi zinət əşyalarını toplayıb, zərgərlik evinin itirilmiş mövqeyini dirçəltməyə çalışıb. Və buna müvəffəq olub. Muzeylerlədə sərgilənən nadir sənət inciləri brendin əfsanəvi dəbdəbə simvoluna çevrilməsində böyük rolu oynayıb. Şirkətin tarixi kolleksiyası hazırda dünyanın ən tanınmış muzeylərində nümayiş olunur. Yeri gəlmişkən qeyd edək ki, brendin tarixi sənət əsərləri 2011-ci ildə Əliyar Əlimirzəyev rəsmləri ilə birlikdə Bakıda da nümayiş etdirilib. Rəssam “Van Cleef & Arpels” brendinin zərgərlik məhsullarının bənzərsiz naxışlarından ilhamlanaraq qadın ilə cavahirat arasındakı bağlılığı yaradıcı təxəyyülünün süzgəcindən məharətlə keçirərək bir sıra orijinal əsərlər yaradıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/194497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR