Kiyev kotletinin hazırlanma qaydası

Kiyev kotleti hazırlanma prosesinə görə ən çox vaxt aparan yeməklərdən biridir. Metbuat.az yeməyin ən sadə hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

Toyuq sinəsi

Kərə yağı

1 çay qaşığı mayonez

1 çay qaşığı xardal

1 diş sarımsaq

1 ədəd yumurta

Biraz süd

Suxari ovuntusu

Hazırlanmasına gəldikdə, toyuq sinəsinin artığını kəsirik, böyük hissəni ortadan kitab kimi kəsib açırıq və döyürük.

Sousunu hazırlamaq üçün mayonez, sarımsaq, xardal, duz və istiotu qarışdırırıq.

Sousu toyuğun sinəsinə çəkirik. Sinədən kəsdiyimiz artıq parçanı da döyürük və içinə kibrit qutusunun yarısı qədər yağ qoyuruq. Sinəni bükürük. Sinələri yarım saatlıq buzxanaya qoyuruq ki, içindəki yağ donsun.

Yarım saat sonra bir qabda yumurta və süd çalırıq, o biri qaba isə suxari tökürük. Kotletləri birinci süddə hər tərəfli isladırıq, sonra suxari olan qaba qoyuruq. Bu prosesi 2 dəfə təkrarlayırıq. Kotletləri 220 dərəcə qızmış sobada 45 dəqiqə və ya üstü qızarana kimi bişiririk.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR