ABŞ-ın raket zərbələrinin yeni görüntüləri ortaya çıxdı

ABŞ-ın raket zərbələrinin yeni görüntüləri ortaya çıxdı
19:18 10 Aprel 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Suriya ordusuna aid hərbi hava bazasına raket zərbələrinin yeni görüntüləri ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, həvəskar kamera ilə çəkilən görüntülərdə bazadakı partlayışlar və havaya yüksələn tüstülər görünür.

Xatırladaq ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Zərbələr nəticəsində müxtəlif məlumatlara görə, 4-dən 10-a qədər Suriya hərbçisi ölüb, bazasının infrastrukturu dağıdılıb. Vaşinqton bu addımı Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq atdığını bildirib.

ABŞ kimyəvi silah anbarlarının da olduğunu iddia etdiyi hərbi hava bazasında rejimə aid 20-yə qədər döyüş təyyarəsinin məhv edildiyini açıqlayıb. Rəsmi Dəməşq isə sıradan çıxarılan təyyarələrin sayının daha az olduğunu, raketlərin böyük əksəriyyətinin hədəfə dəymədiyini bildirib.

Yeni görüntülər Suriya rejiminə yaxın televiziya kanalında yayımlanıb. Videonu çəkən şəxslərin “Allaha şükür” deyərək qışqırdığı eşidilir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR