Hamilton Çin Qran-Prisinin qalibi oldu

Hamilton Çin Qran-Prisinin qalibi oldu
03:18 11 Aprel 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Formula-1 üzrə dünya çempionatının ikinci yarışı – Çin Qran-Prisində “Mercedes” komandasının pilotu Luis Hamilton qalib gəlib.

Publika.az xəbər verir ki, ikinci yarışda pilotlar Şanxayda 5451 metrlik trasda 56 dövrə vurublar.

Luis Hamilton 1 saat 37 dəqiqə 36,158 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 0,06 saniyə geri qalan Sebastian Fettel (“Ferrari”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 0,45 saniyə sonra finişə çatan Maks Ferstappen (“Red Bull Racing”, 15 xal) tamamlayıb.

Pilotların yarış cədvəlində Sebastian Fettel və Luis Hamilton 43 xalla ilk iki pillədə qərarlaşıblar. Maks Ferstappen 25 xalla üçüncüdür.

Konstruktorlar kubokunda isə “Mercedes” 66 xalla birinci, “Ferrari” 65 xalla ikinci, “Red Bull Racing” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.

Çempionatın növbəti – üçüncü yarışı olan Bəhreyn Qran-Prisi aprelin 14-16-da keçiriləcək.

Dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisi isə iyunun 23-25-də Bakıda təşkil olunacaq. (AZƏRTAC)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/194532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR