9 kvadratlıq, pəncərəsiz bir otaqda... - Ürəkparçalan həyat dramı

9 kvadratlıq, pəncərəsiz bir otaqda... -   Ürəkparçalan həyat dramı
09:17 11 Aprel 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

Böyük bir gecəqondu məhəlləsi, bir futbolçunun həyatı... Eniyalı Eşiboko 9 kvadratmetrlik, pəncərəsiz bir otaqda həyat yoldaşı və oğlu ilə birlikdə yaşayır. Üstəlik bu ev həmin məhəlləyə lüks hesab olunur. Futbolçu bu evə görə futbola təşəkkür edir...


Anri Eşiboko özünü seçilmiş hesab edir. 20 yaşında, həyat yoldaşı və uşağı ilə 9 kvadratlıq pəncərəsiz bir evdə yaşaya bilir. Tavan qalaydan hazırlanıb, divarlar şiferlə bərkidilib. Beləliklə, yağışın evin içinə axmasının qarşısı alıb. Küçəyə çıxan dar oldu ümumi bir su kranı...


Kenyanın paytaxtı Nairobidə bir gecəqondu məhələləsini təmsil edən sol cinaşh futbolçusu Eşikobo yaşamağa çalışdığı bu ev üçün "Hamısı futbol sayəsindədir" deyir. 20 yaşlı futbolçu həftədə 4 dəfə məşqə gedir və hər məşqə görə 2,7 avro (bu günkü məzənnə ilə 5 manat 70 qəpik) alır. Futboldan qazandığı ilə ailəsini dolandırır, ev icarəsinin də bir qismini ödəyir.


Qələbə mükafatı isə bundan 10 dəfə artıqdı. "Oyun mükafatları ilə paltarlar alırıq. Mətbəx və digər xərcləri ödəyirik. Məsələn, bu dəqiqə həyat yoldaşım gözəllik salonundadı" deyə Eşiboko bildirir.


Kibera elə bir kasıb yaşayış məhəlləsidi ki, Eşibokonun həyatı buranın yaşayış şərtlərinə görə bir lüks hesab olunur. Burda əhalinin 80 faizinin elektrik enerjisi yoxdu, bir çoxu gündə 1 dollardan az (bu günkü məzənnə ilə 1 manat 70 qəpik) qazancla yaşamağa məcburdu.


Eşibokonun komandası bu mövsüm ilk dəfə Kenya 2-ci liqasına vəsiqə qazanıb. Gənc futbolçu sevinərək "Bəzi oyunlarımız televiziyada yayımlanacaq" deyir.


Eşiboko "İnsanlar Kibera haqqında danışanda əsasən ağıllarına cinayət, narkotik, yoxsulluq gəlir. Bunlar problemlərimizdi. İnkar etmirik, amma futbolla Kiberanın bundan daha artıq oluduğu sübut edirik" bildirir.


Gənc futbolçu bir mədəniyyət dərnəyinin vasitəçiliyi ilə fransız dilini öyrənir. Arxusu "Monako"da oynamaqdı: "İngiltərə və ya Fransada hər hansı bir klubda da oynamaq istəyərəm". 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-9-kvadratlq-pncrsiz-bir-otaqda-t57496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR