Ayaqqabınızdakı pis qoxulardan xilas olun

Çayı dəmlədikdən sonra paket çaylarını atırsınız? Bu xəbərdən sonra atmayacaqsınız.

Metbuat.az xəbər verir ki, paket çaylarının fərqli istifadə yolları var. Belə ki, makaronu qaynadacağınız suyun içərisinə bir paket çay atsanız, yeməyiniz daha dadlı olacaq.

Paket çayı ilə saçınızı şəkilləndirə bilərsiniz. Saçınızı şampunladıqdan sonra tətbiq edəcəyiniz açıq rəngli çay saçınızı gücləndirəcək, parlaq və düzgün bir görüntü yaradacaq.

Çayınızı iki dəfə dəmlədikdən sonra paketin soyumağını gözləyin və ağzınızı bu su ilə yaxalayın. Pis qoxunu aparacaq.

İlıq çaydan taxta döşəmələrinizi, mebellərinizi parlatmaq üçün istifadə edə bilərsiniz.

Əgər qablarınızda çoxlu yağlı ləkələr varsa, iki ədəd dəmlənmiş çay paketinin olduğu bir qaba qoymağınız yetərlidir.

Ayaqqabılarınızın içərisinə paket çay qoyun, bu pis qoxunu yox edəcək.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR