Osmanlı dövlətinin son padşahının Atatürklə gizli əlaqəsi

Əziz oxucu, “Arxiv” lahiyəmiz davam edir. Bu lahiyədə ən maraqlı gizli qalmış, cinayətləri, unudulmuş hadisələri, olayları, tarixi gedişatları, şəxsiyyətləri gündəmə gətirəcəyik.

Xanəmir Telmanoğlunun təqdimatında:

1. YAXIN TARİXİN BİLİNMƏYƏN MƏQAMLARI

2. OSMANLININ SONUNCU SULTANI HANSI DURUMDA HANSI QƏRARI VERDİ

3. PADŞAH ATATÜRKƏ HANSI VƏZİFƏNİ VERDİ

4. PADŞAHIN ATATÜRKƏ HƏDİYYƏSİ NƏ İDİ?

Son 100 ilə yaxın bir vaxtda qardaş Türkiyə tarixinin qaranlıqlara gömülən saysız – hesabsız məqamları, detalları, səhifələri müəyyən ictimai-siyasi gedişatların və dış güclərin basqısından dolayı yanlış bilgilərə, fikirlərə, yorumlara, yanaşmlara məruz qaldı. Bu yanlışlıqlar zaman zaman üzərinə özündən də artıq yanlışlıqları çəkib gətirdikcə, Türk xalqının, onun məsum insanlarının çaşqın baxışları öz sözünü deyir, bu toplumun bir neçə yerə parçalanmasına gətirib çıxarırdı.

Dünyada ən zəngin tarixi olan bir millət varsa, onların ən öndə gələnlərindən biri, məncə, türklərdir. Bu zənginlik millətin yaşamından, dünyaya baxışından, ruh yapısından və özünəxas xüsusiyyətlərindən irəli gəlir.

Osmanlının yıxılması, çökməsi, yerində balaca bir Türkiyə Cümhuriyyətinin bərqərar olması illərdir saysız-hesabsız sual doğrurur. Osmanlının son sultanı Abdulhəmidin Atatürklə bir ilişgisi olubmu? Olubsa bu ilişgi Cümhuriyyətin yaranışında, Türkiyənin qurtulmasında hansı rolu oynayıb?

7 əsrə yaxın 3 qitədə hökmranlıq edən bir dövlətin varlığı, vaxtı gəldiyində öz qədərinə boyun əyir, düşmən güclərin ardıcıl çalışmları, gərgin əməyi özünü göstərir, geriyə balaca bir Türkiyə miras qalır. Bütün bu söylədiklərimlə bağlı yenə də bu gün Türkiyədə fərqli düşünənlər, Türkiyə Cümhuriyyətinin yaranması ilə bağlı düşüncə və yanaşmalar əskik deyildir. Osmanlını sevən Cümhuriyyəti sevməz, Türkiyəni bəyənən İmperiyanı qəbul etməz. Hətta bunlara pararel olaraq bu gün Türkiyədə yaşayan kəsimlər içərisində Osmanlını da, Türkiyəni də sevənlər var, Osmanlıyla çağdaş Türkyəni qəbul etməyən, tamami ilə Avropa tipli dövlət yapısı, cəmiyyəti və sistemi istəyən, hətta sosialist təmayüllü yönətimləri bəyənən kəsimlər də var. Sözsüz ki, bütün bu fərqli düşüncə, fikir axımları, çeşitlilikləri bir xalqın, ölkənin yapısının rəngarəngliliyini ortaya qoyan zəngin birikimlər, göstərgələrdir.

*

Uzun illər Türkiyəni yönəldən siyasi iradələr, sistemlər nəyin bahasına olursa olsun, Osmanlı imperiyasının, özəlliklə onun son təmsilçisi olan Sultan Vəhdətdini düşmən obrazında, mövqeyində qələmə verməklə, çoxluğun gözündən salmağa çalışmışdır. Ancaq dövlət səviyyəsində bu qədər gərəksiz və üzücü təbliğatların gücləndirilməsinə baxmayaraq, xalqın, millətin ruh yapısı, milli enerjisi bu murdarlığı götürməmiş, yaxın keçmişə qarşı babalarının haqq uğrunda apardıqları mübarizənin qutsallığına şübhə etməyərək, o tarixə sevgiylə yanaşmış, həqiqəti qoruyb saxlaya bilmişdir. Türkiyə cəmiyyyətinin digər özəlliklərindən biri də odur ki, bu cəmiyyətdə siyasi yönətimlərlə paralel olaraq xalqın da özünəxas instutları, eyitim sistemləri, gerçəkləri alqılama yöntəmləri vardır. Türkiyənin başında kimlərin olub olmamasından asılı olmayaraq, xalq həmişə içində gizlədib saxladığı, qoruduğu, sonra özünün içinin nizamını ona təslim etdiyi mənəvi böyükləri, bu böyüklərin ta əzəldən törəyə dayalı, hizmətə oturdulmuş bir tərəfinin də olduğunun yaxşı fərqindədir. Ən zor və çətin, olumsuz günlərində xalq öz kürəyini bu içində qoruyub saxladığı ərlərə, ərənlərə, bilgələrə söykəyib milli energetik ehtiyacını, tələbatını gərəkli şəkildə təmin etmişdir. Siyasi hakimiyyətlər isə bir rüzgar kimi gəlib əsərək xalqın xanimanı üzərindən keçib gedərlər.

Türkiyədə uzun müddət mübahisə predmetinə çevrilən suallardan biri bu olub ki, Sultan Vəhdəttin vətən xainidir, yoxsa xain deyil? Bu günə kimi yaşayan bir çox canlı insan, qaynaq və o dönəmdən əmanət qalan bəzi bəlgələri nəzərə alsaq Osmanlının sonuncu Sultanı Vəhdətdin heç də deyildiyi kimi xain filan olmayıb. Bəs bu qəddarcasına yanaşmalar, yadlıq hisləri, düşmənçilik duyğuları hardan qaynaqlanır?

Məlum olduğu kimi, böyük Atatürkü Anadoluya göndərən Sultan Vəhdətdin olmuşdur. Osmanlının əraziləri parça - parça əldən çıxıb. Hər yan işğal altındadır. Düşmən evin içinə kimi daxil olub. Ya tamami ilə silinib yox olacaqsan, ya da məhşur şeirdə deyildiyi kimi, ayağa qalxacaqsan. Varlığını sürdürüb yaşayacaq, tarixdə yaşamağa davam edəcəkəsən. Ancaq hər şey də deyildiyi qədər asan başa gəlmir. Qarşıda böyük bir savaş, saysız-hesabsız qurbanlar gözlənilir. Zatən son ümid yeri olan İstanbul, Boğazlar da düşmən əlində qan ağlayır. Xalqın ən ziyalı, elmli, irfanlı, düşüncəli oğulları da sakit buraxılmır, yad güclər tərəfindən müxtəlif bəhanələrlə aradan çıxarılır, ya tutulur, ya da terrora, sui-qəsdə məruz qalaraq varlığı yerli dibli yox edilir. Bir sözlə, hər şey düşmən əlində! Mustafa Kamal, bu dönəmlərdə yazıldığı kimi, Samsuna bir gəmiyə minərək səssiz və gizli olaraq gəlməyib. Əksinə, Atatürk Samsuna 18 hərbçi dostuyla birlikdə Sultan Vəhdətdinin fərmanıyla gəlmişdir.

Bu dönəmlərdə Sultanın əl-qolu bağlanmışdır. Rauf Orbay öndərliyindəki heyət Mondoros anlaşmasını imzalamışdır.Anlaşmaya görə Boğazlara xarici güclər əl qoymuşdur. Ordu dağıdılmış, silahlar ələ keçirilmişdi. Anadolunun harasındasa bir qarışıqlıq çıxsa, düşmən güclərinin bölgəyə daxil olmasına imkan yaradılmışdır. Sonuncu Sultan vətən torpaqlarını belə bir durumda təhvil almışdır. Sonra Sultan Vəhdətdin Osmanlının Məclisində Müdafiə Naziri Fevzi Çaxmaq Paşadan bir siyahı istəyir. Bu siyahıda əsl amac Anadoludakı Milli Mücadiləni hazırlamq və düşmənləri buralardan yox etməkdi. Fevzi Paşanın sultana verdiyi siyahının içində Mustafa Paşanın da adı yazılmışdı. Buna çox sevinən padşah vaxt itirmədən Mustafa Kamalı saraya dəvət edir. Uldız sarayında Sultanla M.Kamal diz dizə olacaq qədər bir- birinə yaxın otururlar. Sonra Sultan əlini qara cildli bir kitabın üzərinə qoyaraq dedi:

  • Paşa, indiyə kimi sənin elədiklərin bu tarix kitablarının içinə yazldı. Əsas bundan sonra eliyəcəklərin də bu kitaba keçəcəkdir. Paşa, dövləti sən qurtara bilərəsən.
  • Narahat olmayın, əfəndim! Nöqtəyi nəzəri şahənənizi başa düşdüm. Iradeyi-səniyəniz olarsa, vaxt itirmədən hərərkətə keçəcəyəm və mənə əmr buyurduğunuzu bir an da olsun unutmayacağam.

M.Kamal cavab verdi:

Sultan “Uğur olsun!” deyib M.Kamalı yola salır. Padşahın hüzurundan ayrılan Atatürkə padşahın yavəri Naci Paşa yaxınlaşaraq görüşüb əlində tutduğu qızıl saatı ona verib bunu padşahın xatirə olaraq ona bağışladığını bildirir. Saatın qapağında isə padşahın tuğrası vardı.( bildirim ki, bu məlumatlar Fatih Rıfqı Ataydan oxuduğumuz faktlardır:-x.t. Bu, Atatürkə “atamız” deyərək müraciət edən F.R. Ataydır. )

Ingilis, fransız ordusunun acımasız toplarının lüləsi Sultanın sarayına tuşlandığı günlərdə, Osmanlının son padşahı, Vətənin qurtuluşunu M.Kamala ümid edərək onu Anadolunun bağrına ötürür, bu yandan da ingilislər, fransızlar oyanıb istədikləri şəkildə hərəkətə keçməsinlər deyə, Atatürkün tutularaq İstanbula təhvil verilməsi üçün fərman vermək məcburiyyətində qalır. (Onu da deyim ki, bütün bu kimi oyunlarla M.Kamal paşa da əvvəlcədən gərəkli şəkildə bilgiləndirildiyindən, daha heç bir tərəddüt etmədən öz bildiyi kimi işə başlamışdır:-x.t.) Düşmənin qapıya dirəndiyi zaman bu şəkildə fərmanlar verilib qərarlar çıxarılsa da, onların heç biri qüvvəyə minmədi. Çünki Anadoluda dağılmış, məhv edilmiş orduları toplayıb bir güc halına gətirən, Milli Mücadiləni başladan, düşməni doğma torpaqlardan silib süpürmək üçün M.Kamalın yolunu kəsmək olmazdı. Padşahın gizli əmri, icazəsi olmasaydı, M.Kamal Samsundan Ərzuruma, Sivasa, Amasiyaya, Ankaraya əlini qolunu sallayıb sərbəstcə necə hərəkət edə bilərdi ki? Bu qətiyyən mümkün deyildi. Düşmən Atatürkün fəaliyyətindən xəbər tutduğunda isə, təbii ki, son nəfəsini verməkdə olan İmperiyanın son sultanı Vəhdətdin onu axtardığını, harda tutsalar öldürəcəklərini söyləmiş, düşməni oyatmamaq üçün, sanki vəd vermişdi.

Sivas konqresinin təşkil olunduğu orta məktəb binasında, konqrenin salonunda, 1919-cu ildən qalma bir telefon aparatı, cihazı var. Atataürk o telefon cihazıyla həm sarayla danışıb təlimatlar alır, həm də digər şəhərlərdəki əsgəri birliklərlə, valilərlə təmasda olub əlaqə saxlayırdı. Bu faktları isə o cihazı (aparatı) qoşan, Mustafa Kamalla istədiyi adamlarla əlaqə yaradan adam anlatıb.

Doğrudan da sual olunur ki, bu necə padşahdır ki, Atatürkə qarşı düşmənçilik edə edə, Atatürk hər yerdə sərbəst gəzir, ölkə çapında bütün valilər onun əmrindən və göstərişlərindən çıxmır, hər yerə sərbəst giriş çıxış edir? O dönəmdə Padşah Atatürkə düşmən olsaydı, Atatürk Sultana ramazan bayramı münasibəti ilə niyə teleqraf çəkib təbrik edərdi?

Bu yazını yazmaqda məqəsdim ondan ibarətdir ki, Osmanlının taxtdan düşən son Padşahı ilə 3 qitə içərisindən bir Türkiyə Cümhuriyyəti çıxardan Atatürkün birgə işbirliyi sayəsində bu gün kimsənin boyunduruğunda olmayan bir qardaş dövlət varlığını sürdürməkdə və böyümək uğrunda hər gün savaşmaqdadır.

**

Sultan niyə xalq düşməni elan olundu?

Sultanin bəkləntiləri nədən ibarət idi? Sualların cavablarını bilmək istəsəniz, saytımızı izləməyə davam edin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR