Abituriyentlərə XƏBƏRDARLIQ: ixtisas seçimində iştiraka icazə verilməyəcək

Abituriyentlərə XƏBƏRDARLIQ: ixtisas seçimində iştiraka icazə verilməyəcək
12:08 11 Aprel 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi aprelin 9-da keçirilən qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş “Azərbaycan dili” imtahanında “qeyri məqbul” qiymət alan və ya iştirak etməyən şəxslərə xəbərdarlıq edib.

DİM-dən Publika.az-a verilən məlumata görə, həmin abituriyentlər elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparıblarsa, aprel-may aylarında keçiriləcək ilk qəbul imtahanında iştirak edə bilərlər. Lakin 11 iyunda keçiriləcək növbəti Azərbaycan dili imtahanında “qeyri məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.

Qeyd edək ki, imtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 92 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 6059 abituriyentdən 4561 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/194602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR