Aktrisa olmadığını deyən aparıcı: “İnsanları şoka salacağıq” – VİDEO

Aktrisa olmadığını deyən aparıcı: “İnsanları şoka salacağıq” – VİDEO
15:38 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Təəccüb Çevrəsi" adli illüziya dolu şou proqramının aparıcısı Mələk Heydərova bir müddətlik fasilədən sonra yenidən efirə qayıdıb. Aparıcı efirə qayıdışı ilə sükutu pozub.

Mələk Heydərova aparıcısı olduğu verilişdə insanları şoka salacağını bildirib:

“Yenidən efirə qayıdıram. Həqiqətən, çox maraqlı şou ilə doğma kanalım Space-də yenidən tamaşaçıların qarşısına çıxacağam. Həmkarım çox peşəkar illüziyaçi Çingiz Həziyevdir. Fərqli bir veriliş olacaq. İnsanları sözün yaxşı mənasında şoka salacağıq."

Həmçinin aparıcı öz etirazlarını da dilə gətirib: “Məni aktrisa kimi təqdim edəndə heç xoşuma gəlmir. Mən aktrisa deyiləm, aparıcıyam. Aktrisa kimi başlasam da, mən özümü aparıcı kimi tanıtdım. Son zamanlar nə filmlərə, nə də ki reklamlara çəkilirəm. Özümü aparıcı kimi görürəm və özümü aparıcı kimi xoşbəxt hiss edirəm. Sevdiyim rejissor və ssenari olsa, o zaman film və ya reklama çəkilərəm".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/194641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR