Gəncədə qadın avtobusdan yıxılıb

Gəncədə qadın avtobusdan yıxılıb
22:47 11 Aprel 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində marşrut avtobusdan düşmək istəyən qadın yıxılaraq ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında baş verib.
Belə ki, 33 saylı xətt üzrə işləyən mikroavtobusun sərnişini, 1950-ci il təvəllüdlü Gəncə şəhər sakini Həsənova Gilaxanım düşərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb. Yaralı yaxınlıqdakıların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.
Yaxınlarının dediyinə görə, o, mikroavtobusdan düşmək istəyən zaman maşın hərəkət etdiyi üçün yıxılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR