Qənirə Paşayeva Tovuzda sağlamlıq imkanları məhdud şəxslərlə görüşüb

Qənirə Paşayeva Tovuzda sağlamlıq imkanları məhdud şəxslərlə görüşüb
13:59 12 Aprel 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

 

Millət vəkili Qənirə Paşayeva Tovuzda fiziki və sağlamlıq imkanları məhdud sakinlərlə görüşüb.

 

Lent.az-ın məlumatına görə, sakinlərin problemləri ilə maraqlanan millət vəkili müvafiq qurumlarla onlara dəstək istiqamətində müzakirələr aparıb.

 

 Sakinlər işlə bağlı, təbii qaz və su, mənzil problemləri, xəstəliklərin müalicəsi, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərməsi üçün millət vəkilinə müraciət ediblər.

 

Q. Paşayevanın xahişi ilə Gəncliyə Yardım Fondu 9 fiziki və sağlamlıq imkanları məhdud ailəyə əlil arabası hədiyyə edib.

 

Millət vəkili  görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

 

Millət vəkili kəndlərdə bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşərək onların problemlərinin həlli istiqamətində çalışacağını bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR