154 "Tomoqavk" daşıyan Amerika sualtısı Kim Çen Ina yaxınlaşır - FOTO

154 "Tomoqavk" daşıyan Amerika sualtısı Kim Çen Ina yaxınlaşır - FOTO
18:12 12 Aprel 2017
140 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi Dəniz Qüvvələrinin Şimali Koreya sahillərinə yaxınlaşan təyyarədaşıyan zərbə qruplaşmasının tərkibində modifikasiya olunmuş "Ohayo" sualtı qayığı da yer alır. Sualtı qayıq 154 "Tomoqavk" raketi ilə silahlanıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın güc strukturlarındakı mənbə Lenta.ru-ya bildirib. Xatırladaq ki, aprelin 8-də ABŞ donanmasının "Karl Vinson" təyyarədaşıyan qruplaşması qəfil əmrlə Şimali Koreya sahillərinə göndərilib. Bu, Şimali Koreya rejiminin ballistik raket sınaqlarına cavabdır. Pxenyan ABŞ-ı vura biləcək və nüvə başlığı daşıyan ballistik raketi sınaqdan çıxarmağa hazırlaşır.

"Bizim Amerika qüvvələrinin regiona hərəkəti barədə öz məlumatlarımız var, qruplaşmanın tərkibində sualtı qayıq da yer alır. Ən azı bir sualtı qayıq hazırda Sakit okeanın qərb hissəsindədir və oradan Şimali Koreya ərazisinə raket zərbələrinin endirilməsi mümkündür", - mənbə deyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp "Fox Business" telekanalına müsahibəsində bildirib ki, Pentaqon Şimali Koreya sahillərinə armada göndərib. "Çox güclü. Tərkibində sualtı qayıqlar da var. Olduqca güclüdür. Təyyarədaşıyandan daha güclüdür", -Tramp bildirib.

Yaponiya mətbuatı isə xəbər verir ki, ABŞ administrasiyası Şimali Koreya ilə bağlı iki seçim təklif edib. Bunlardan birinə görə Çin Pxenyan rejiminə təzyiq edərək onu ballistik raket sınaqlarından çəkindirəcək. İkincisinə görə, ABŞ Şimali Koreyaya raket zərbələri endirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR