Bu həftə "Kino Evi"nin qəhrəmanı Azərbaycanın görkəmli aktrisası, filmlərinə sevə-sevə baxdığımız Münəvvər Kələntərli olacaq. Böyük sənətkarımızın həyat və yaradıcılığı sənətşünas, publisist Vaqif Rəsuloğlu ilə müzakirə edəiləcək.
15 aprel saat 11:00da Lider Tvdə
"Kino Evi"in layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, Rejissor və montajor - İBO, operatorlar - Aydın Məcidli və Kamal Məmmədov, Fotograf - Elşad Musayev
Veriliş 3 hissədən ibarətdir. Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rubrikası adlanır. Həmin ulduzun obrazları xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşünas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Rubrikanın aparıcısı isə Lamiyə Əsgərovadır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısa metrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Verilişin mahiyyəti əyləncəvi və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub.
Verilişin vaxtı hər şənbə saat 11:00-dan 12:00-a dək, təkrarı isə çərşənbə günü 00:15-də Lider TV efirində.
İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində