İsgəndəriyyədə terror aktı törədən şəxsin kimliyi müəyyənləşdi

İsgəndəriyyədə terror aktı törədən şəxsin kimliyi müəyyənləşdi
23:43 12 Aprel 2017
44 Dünya
Ölkə mətbuatı
A- A+

Misirin İsgəndəriyyə şəhərində kilsədə terror aktı törədənin kimliyi məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Misir daxili işlər nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, üzərindəki partlayıcı qurğunu 1986-cı il təvəllüdlü Süveyş şəhər sakini, neft şirkətinin əməkdaşı Mahmud Mubarək Abdulla işə salıb.

Tanta şəhərində kilsəni partladan digər terrorçu-kamikadze barədə məlumat verilmir.

Aprelin 9-da İsgəndəriyyədə və Tanta şəhərlərində törədilən partlayışlarda 45 nəfər ölüb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR