Baş nazir yeni mərkəzlər yaratdı - Qərar

Baş nazir yeni mərkəzlər yaratdı - Qərar
10:37 13 Aprel 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş nazir Artur Rasizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində sosial xidmət müəssisələrinin yaradılması ilə bağlı qərar imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qərara görə Dövlət Sosial Müdafiə Fondunun nəzdində aşağıdakı sosial xidmət müəssisələri yaradılıb

1. "Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi" 

2. "Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi" 

3. "Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq" 

Qərarda sosial xidmət müəssisələrinin Sabunçu rayonunun Zabrat qəsəbəsində istismara icazə verilmiş binaları, həmin binalara aid bütün infrastruktur qurğu və avadanlıqlar sosial xidmət müəssisələrinin balansına, onların yerləşdiyi torpaq sahəsi isə istifadələrinə verilməsi nəzərdə tutulur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR