Məşhur model Miranda Kerr gözəlliyini nəyə borcludur?

Gözəllik deyilincə, xanımlar üçün axan sular durur. Hər qadın gözəl və cazibədar görünmək, gözəlliyini ömrünün sonunacan qorumaq istəyər.

Gözəllikdə əsas genetik faktorlar rol oynasa da, yaşam tərzi, qulluq maskaları, düzgün qidalanmanın təsiri danılmazdır. Qadınların çox bəyəndiyi, özlərinə ideal seçdikləri məşhur qadınlar var və bu məşhurların gözəllik sirləri həmişə xanımların maraq dairəsindədir.

Metbuat.az məlumat verir ki, bu qadınlardan biri də Miranda Kerrdir. 33 yaşlı dünyaca məşhur gənc və gözəl model Miranda Kerr, formada qalmaq üçün nizamlı olaraq məşq və fitnesslə məşğul olur. Dərisinin gözəlliyini hər gün yediyi avakadoya borclu olduğunu söyləyir. Uzun kirpiklərə sahib olmaq üçün isə o, hər gün kirpiklərini metal qaşıqla 10 dəqiqə yuxarı doğru qaldıraraq saxlayır və istədiyinə nail ola bilir. Gözlərinin ətrafında qırış olmamasının səbəbini izah edən model, plastik cərahiyyədən deyil, rəngsiz dodaq balzamından istifadə etdiyini deyir. Modelin fikrincə, bu balzam qırışların qarşısını almaqla yanaşı, həm də gözətrafına parlaq görüntü verir.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR