Toyuq ləvəngisinin hazırlanması

Ləvəngi Azərbaycan və İran mətbəxinə aid milli yeməkdir. Balıq və ya toyuqdan hazırlanır.

Metbuat.az toyuq ləvəngisinin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:
1 ədəd orta ölçülü toyuq
200 qram qoz ləpəsi
2 ədəd baş soğan
1 xörək qaşığı yağ
Alça turşusu
Duz, istiot

Hazırlanma qaydasına gəldikdə, əvvəlcə qozu ət maşınından keçirin. Daha sonra soğanı təmizləyin, onu da eyni qayda ilə ət maşınından keçirin. Soğanı cunanın arasına qoyub suyunu sıxın. Suyu sıxılmış soğanı kərə yağında qovurun. Soğanı kənara qoyun, içərisinə qoz və isladılmış turşu əlavə edib, duz və istiot vurun, yaxşıca qarışdırın. Toyuğu təmizləyib duz və istiot vurun. Toyuğun içinə və çölünə alça turşusu çəkərək, ləvəngini doldurmağa başlayın.

İçi doldurulmuş toyuğun qarnını sapla tikin. Qanadının altını, budlarını bıçaqla çərtin. Qızdırılmış sobada yarım saat bişirin. Hər iki üzü qızaranda sobadan çıxarıb servis edə bilərsiniz.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR