İrəvanda erməni analar AYAĞA QALXDI: “Övladlarımız Qarabağa getməsin” – VİDEO

İrəvanda erməni analar AYAĞA QALXDI: “Övladlarımız Qarabağa getməsin” – VİDEO
15:48 13 Aprel 2017
145 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda ordusunda beş əsgərin qeyri-döyüş şəraitində ölməsi ilə bağlı iş illərdir açılmamış qalır. Həmin əsgərlərin valideynləri isə övladlarının qatillərinin tapılması tələbi ilə bu gün Ermənistan hökumətinin binası önündə növbəti aksiya keçiriblər.

Publka.az
xəbər verir ki, qeyri-döyüş şəraitində ölən əsgərlərin intihar etdiyi deyilir.

Valideynlər deyirlər ki, onları övladlarının intihar etməsi ilə aldadırlar.

“Prokurora, baş nazirə, müdafiə nazirinə gedirik, bizi qəbul etmirlər. Viqen Sarkisyan deyir ki, (müdafiə naziri - red.) ona bu ölümlərlə bağlı araşdırma aparmaq səlahiyyəti verilməyib. Bəs niyə müdafiə naziri postunda əyləşib”, - deyə qeyri-döyüş şəraitində ölən əsgər Artur Kazaryanın anası İrina Kazaryan deyir.

O, prokurorluqda da eyni situasiya ilə qarşılaşdıqlarını bildirib.

Əsgər anaları övladlarının Qarabağda hərbi xidmət keçməsinə qarşı olduqlarını bildiriblər. Onlar aksiyalarını davam etdirəcəklərini açıqlayıblar.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR