Saçı quru olan xanımlar oxusun!

Yumurtanın tərkibində protein, kükürd və biotin var. Bu maddələrin hamısı qida olaraq istifadə edildiyində ya da maska kimi tətbiq olunduqda saçın parlaq və sağlam olmasını təmin edir.

Metbuat.az məlumat verir ki, evdə hazırlayacağınız maskalarla quru və cansız saçlarınızı daha sağlam edə bilərsiniz. Yumurta ilə hazırlayacağınız maskalarda həm yumurtanın ağını, həm də sarısını istifadə edə bilərsiniz.

Saç üçün olan yumurta maskasının müxtəlif növləri var. Ən sadə üsul bir və ya iki yumurta çırpılır. Təmiz və quru saça, saç köklərindən uclarına qədər tətbiq edilir. İlıq suyla yaxalamadan öncə ən azı 30 dəqiqə saxlamaq lazımdır. Yaxaladıqdan sonra saç şampunlanır və yuyulur.

Hindistan qozu və avakado yağ və antioksidant tərkibinini yumurta ilə birləşdirib maska hazırlaya bilərsiniz. Yarım avakadonu əzin və bir yumurta sarısı ilə qarışdırın. Məcun halına gələnə qədər Hindistan qozu südü də əlavə edin. Saç köklərindən ucuna qədər bu qarışımı tətbiq edin, yarım saat gözləyin. Sonra ilıq su ilə yaxalayıb şampun tətbiq edə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR