Ağ rəngli ayaqqabılar mövsümün əsas trendidir

Əvvəllər ağ ayaqqabı gəlin üçün əsas toy aksessuarı hesab edilirdisə, artıq vəziyyət dəyişib.

Metbuat.az xəbər verir ki, bu ilin yaz-yay mövsümünün əsas ayaqqabı rəngi məhz ağ olacaq. Bu rəng yalnız qadınlar üçün deyil, eyni zamanda kişilər üçün də aktual hesab edilir. Kişilər xüsusilə ağ rəngli krasovkalara üstünlük verə bilər.

Ağ rəngə biserlərlə əlavə görüntü də qata bilərsiniz. Bu rəng istənilən geyimlə ahəng təşkil edərək, sizi ətrafdakılardan fərqləndirəcək.

Ayaqqabınızın yumşaq dəridən olmasına önəm verməniz sizə rahatlıq gətirməklə yanaşı, dəbə uyğun görüntü yaradacaq.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR