Kompüterdən istifadə edəndə, hərdən monitorda gördüyümüzü başqa adama da göstərmək istəyirik. Bunu etmək üçün insanın yanımızda olmasına ehtiyac yoxdur. Monitorda gördüyümüzü şəkil formatında yaddaşda saxlamağ prossesinə "Print Screen" deyilir.
"PrintScreen" 5 addıma:
1. Əvvəlcə klaviaturamızda "Print Screen" düyməsini tapmalıyıq. Bu düymə bütün klaviaturalarda var.
2. İlk baxışdan bu düyməyə basanda heç nə baş vermir, əslində isə monitorda ki görüntü şəkil kimi kompüterimizin müvəqqəti yaddaşına yazılır.
3. Şəkili müvəqqəti yaddaşdan götürmək üçün bizə Paint proqramı lazımdır. Bu programı açmaq üçün bu ardıcıllıqla getməliyik Start (Пуск)—All Programs (Все программы)—Accessories (Стандартные) — Paint
4. Paint açılandan sonra Ctrl+V düymələrini basaraq şəkili müvəqqəti yaddaşdan Paint proqramına keçirdirik.
5. İndi isə şəkili yaddaşda saxlamaq lazımdır. Bunun üçün Paint proqramında File(Файл)—Save(Сохранить) düymələrinə basırıq. Açılan pəncərədə şəkilin adını və harda save etmək istədiyimizi seçirik. Artıq siz monitorda gördüyünüzü istədiyiniz insanla paylaşa bilərsiz.

