"Spartak" futbol klubunun azarkeşləri polislər tərəfindən döyülüb.

Metbuat.az xəbər verir ki, komanda azarkeşləri Rostov şəhərində keçirilən matç zamanı təzyiqə məruz qalıb. Problem azarkeşlərin stadiona daxil olması zamanı yaranıb. "Spartak"ı qəbul edən "Rostov" stadiona ilk olaraq öz azarkeşlərinin daxil olmasını tələb edib. Bu isə azarkeşlər arasında davaya səbəb olub.

"Ağ-qırmızılar"ın 0:3 hesabı ilə məğlubiyyəti "Spartak" azarkeşlərini daha da məyus edib.

Aytən Novruzova / Metbuat.az